"Hökumət insanların qaçıb dollar almasını istəmirsə,..." - Ekspertdən xəbərdarlıq

img

08-02-2017 [12:39]


"Banklar dollar alışı ilə bağlı dəhşətli səviyyədə manipulyasiya edirlər. Bir çoxları dolların alış kursunu həm kəskin azldıblar, həm də lövhələrdə belə göstərmirlər. Məqsəd son günlər manatın bahalaşması dalğasında panikanı artırmaqla əllərdə olan dolları ucuz alıb kurs fərqindən böyük qazanc götürməkdir". 

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Azər Mehdiyev irəli sürüb. O bildirib ki, kommersiya qurumları olan bankların mənfəət üçün özlərinə sərf edən addımlar atmasını haradasa başa düşmək olar, amma bundan zərbə alan milli valyutaya olan etimad məsələsidir: 

"İndiki durumda manatın sabitliyini təmin etməklə iqtisadiyyatda olan son dərəcə böyük qeyri-müəyyənliyi azaltmaq investisiya mühiti baxımından çox önəmlidir. Amma bankların məzənnə manipulyasiyaları hesabaına böyük gəlirlər götürmək cəhdləri iqtisadi sabitləşməyə, həm də əhalinin əksər təbəqələrinə böyük zərbə vurur. Hökumət insanların əlinə manat düşən kimi qaçıb dollar almasını istəmirsə, onda manatın məzənnəsində nisbi sabitliyə nail olmaq önəmlidir. Bu cür "məzənnə oyunları"ndan itirən əhali, zərbə alan isə ölkə iqtisadiyyatı olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA