"Azərlotereya"nın bilet satışı kəskin artıb, udulan "cek pot"ların məbləği 160 min manat azalıb

img

08-02-2017 [12:06]


2016-cı il ərzində "Azərlotereya" ASC tərəfindən keçirilən lotereya oyunlarında ümumilikdə 305 ədəd iri pul uduşları (uduşların ümumi məbləği 3 mln. 408 min 700 manat) və 18 "cek pot" ("cek pot"ların ümumi məbləği 1 mln. 402 min 937 manat) udulub.

Uduşların ümumi məbləği 3 mln. 408 min 700 manat, və "cek pot"ların ümumi məbləği isə 1 mln. 402 min 937 manat təşkil edib.

Qeyd edək ki, 2015-ci il ərzində "Azərlotereya" ASC tərəfindən keçirilən lotereya oyunlarında 156 avtomobil (avtomobillərin ümumi dəyəri 2 mln. 5 min 600 manat) və 21 "cek pot" ("cek pot"ların ümumi məbləği 1 mln. 562 min 630 manat) udulub. Beləliklə, il ərzində udulan "cek pot"ların məbləği 159 min 693 manat azalıb.

Ümumilikdə 2016-cı il ərzində "Azərlotereya" ASC tərəfindən keçirilən lotereyalar üzrə
29 mln. 61 min 30 ədəd lotereya bileti (2015-ci ildə 26 mln. 913 min 153 ədəd) satılaraq 33 mln. 448 min 141 manat (2015-ci ildə 27 mln. 684 min 200 manat) vəsait əldə olunub. Əldə olunan vəsaitdən 20 mln. 36 min 917 manat (2015-ci ildə 17 mln. 997 min 972 manat) uduş fonduna sərf edilib.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA