“Günay Sığorta”ya yeni sədr təyin edilib

img

08-02-2017 [11:43]


"Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. 

Şirkətdən "Report”a verilən məlumata görə, bu vəzifəyə Vüqar Babakişiyev gətirilib.

O, bundan əvvəl Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinin direktoru olub. V.Babakişiyev yeni vəzifəsində Qəmbər Suvanverdiyevi əvəz edib.
Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA