07-02-2017 [20:38]
"Dolların rəsmi məzənnəsinin 1,8251 manata qədər ucuzlaşması, qiymətlərə təsir etməyəcək”.
Mia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, ucuzlaşmanın təsirsiz ötüşməsinin səbəbi bu gün bazarda olan malların əvvəlki məzənnə ilə alınmasıdır:
"Hərracda rəsmi məzənnə 1,8251 oldu. Görürəm ki, ərzaq və qeyri-ərzaq qiymətlərinin də ucuzlaşması gözləntiləri yaranıb. Amma biznes belə çevik deyil. Məzənnənin qiymətlərə o dəqiqə təsiri olmur, ola da bilməz. Çünki biznes özünü sığortalayır, müqavilələr öncədən bağlanılır. Bu gün bazarda olan mallar əvvəlcədən alınıb. Bəlkə də, 1,90-1,95 koridoru olarkən valyuta ilə ödənişlər edilib. Ona görə də məzənnənin qiymətlərə təsiri olmayacaq".
İqtisadçının sözlərinə görə, obyektiv olan bu səbəblərə görə, fevralın sonu, martın əvvəli valyutaya təlabat artacaq:
"Birincisi, büdcə xərcləri, büdcədən maliyyələşən investisiyalar üçün vəsaitin ayrılması indi başlayacaq;
İkincisi, Novruz bayramında ölkəyə idxal artacaq;
Üçüncüsü, bayramlarda ölkədən səfərə gedənlərin sayında kəskin artım olacaq”.
İqtisadçı qeyd edib ki, bu gün hərracda təklif olunan valyutanın həcmi dəyişməyib, bu, 35 milyon dollar olub:
"Həftədə 2 dəfə hərrac olur, 70 mln. dollar satılır. Bu da ya aya 280 mln. dollar edir. Bu templə dollar satışı davam etsə, ilə 3,4 milyard dollar vəsait edir. Ölkənin isə il ərzində valyuta təlabatı, təqribən, 10-11 milyard dollardır. Yəni, görünən odur ki, nə məzənnəni aşağı hədlərdə saxlamağa, nə də dar həcmdə valyuta satışını davam etdirməyə imkan və resurs var”.
Natiq Cəfərli bildirib ki, indi Mərkəzi Bankın əsas hədəfi məzənnənin sabitləşdirilməsi olmalıdır:
"Bəlli koridorda məzənnə sabitləşməsə, bu, bank sektoruna da, ticarətə də ciddi mənfi təsir edəcək. Mərkəzi Bank sərt pul siyasəti ilə manatın dövriyyəsini də xeyli azaldıb, manat kütləsinin həcmi 2 dəfədən çox aşağı düşüb. Bu addım məzənnəyə, inflyasiyaya müsbət təsir göstərsə də, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə ciddi zərbə vurur”.
Sonda iqtisadçı bildirib ki, aktivliyin azalması iş yerlərinin itirilməsinə, əhalinin gəlirlərinin azalmasına səbəb olur: "Orta və uzun bir vaxt müddətində bu addım ölkəyə məzənnənin özündən daha çox ziyan vuracaq”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi