“Qara bazar”da dolların alış-satışı dayandı - SƏBƏB

img

07-02-2017 [12:50]


Dolların rəsmi məzənnəsinin 2 manatlıq psixoloji həddi keçməməsi valyuta bazarında vəziyyəti kəskin dəyişib.

Dolların rəsmi məzənnəsinin son iki gündə ucuzlaşması bankların dolların alış məzənnəsini aşağı salmasına səbəb olub. Yaranan vəziyyət isə "qara bazar”da durğunluğa səbəb olub. 

Mia.az xəbər verir ki, fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslərin fins.az-a verdiyi məlumata görə, səhər saatlarında dollar 1.82-1.83 manata alınıb -1.85-1.86 manata satılırdı. Amma bankların dolların alış məzənnəsini 1.77-1.79 manata salması "qara bazar”I çıxılmaz vəziyyətə salıb: "Müştərilər hesab edirlər ki, fərdi qaydada dollar satışı daha sərfəli olmalıdır. Ona görə bildirirlər ki, banklar dolları 1.77 manata alırsa, sizdə alış niyə 1.82 manatdan aparılır”.

Məlumata görə, ümumilikdə dollar tələbat azalıb. Bankların dollarla bağlı təkliflərinin daha sərfəli olması "qara bazar”a tələbatı kəskin azaldıb: "Hazırda dollar alan yoxdur”.

Buna səbəb isə dollarla bağlı yaranan ajiotajdır. Dolların məzənnəsinin necə dəyişəcəyi məlum olmadığı üçün insanlar həm almağa, həm də satmağa ehtiyat edirlər: 

"Hazırda dollar almaq istəyənlər ehtiyat edirlər ki, dollar daha da ucuzlaşacaq. 1.95-1.97 manata dollar alanlar isə onu 1.83 manata satmaq istəmirlər. Dolların qalxacağına ümid edirlər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA