06-02-2017 [21:58]
Son bir neçə gün ərzində ABŞ dolları manata nisbətən ucuzlaşıb. İqtisadçılar bunun gözlənilən proses olduğunu deyirlər.
İqtisadçı Vüqar Bayramov bildirib ki, dolların ucuzlaşması və ümumiyyətlə, dollara olan tələbatın aşağı düşməsi gözlənilən idi.
Onun sözlərinə görə, yanvar ayında dollara olan tələbat azalıb:
"Bu onunla bağlıdır ki, yanvar və fevral aylarında həm büdcəyə ayırmalar az olur, həm də idxal azalır. Sentyabr ayında demişdim ki, dekabrın sonuna doğru dollara tələbat yüksələcək, yanvar ayında isə tələbatın azalması müşahidə olunacaq. Dövlət Neft Fondunun hərraca çıxardığı dolların həcmindəki azalmalar da ondan xəbər verir ki, ABŞ puluna olan tələbat azalıb”.
Ekspert deyir ki, bu proses davam edəcək:
"Bu proses martın ortalarına qədər müşahidə ediləcək. Əgər Mərkəzi Bank mövcud siyasətini davam etdirsə, dollara olan tələbat martın əvvəllərinə qədər aşağı səviyyədə qalacaq. Dollara olan tələbatın azalması, nəticə etibarı ilə manatın dollara nisbətən möhkəmlənməsinə səbəb olub. Digər tərəfdən dollarlaşma prosesi kifayət qədər sürətlə gedib və nəticədə vətəndaşlar əmanətlərini dollarda saxlamağa üstünlük veriblər. Statistikaya görə, vəsaitlərin təxminən 90 faizi dollarla saxlanılır. Bu da bahalaşma səviyyəsinin kifayət qədər yüksək olması ilə bağlıdır. Lakin unutmaq olmaz ki, Azərbaycanda xərcləmək üçün manata ehtiyac var. Vətəndaşlar xarici valyutada saxladıqları vəsaitin bir hissəsini manata çevirmək məcburiyyətindədirlər. Bu da dollar təklifinə təsir göstərir. Bundan əlavə, Mərkəzi Bankın mövqeyi də məzənnəyə təsir göstərir”.
Növbəti mərhələdə necə olacaq?
V.Bayramov hesab edir ki, yenə də Mərkəzi Bankın mövqeyi çox önəmlidir:
"Dollara olan tələbatın bu ay aşağı düşəcəyi gözlənilir. Mərkəzi Bank əvvəlki kimi hərrəclara tələb olunan valyutanı çıxara bilsə, o zaman fevral ayında manatın möhkəmlənməsi ehtimalı yüksəkdir. Dollara tələbat aşağıdır, Mərkəzi Bank da tələb olunan vəsaiti bazara çıxaracağı halda manatın xeyrinə işləyəcək. Manatın stabilləşdirilməsi üçün Mərkəzi Bankın kifayət qədər resursları var.
2017-ci ildə Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat vəsait verilib. Öz büdcəsi 14,5 milyard manatdır.
Hazırda real vəziyyət ondan ibarətdir ki, Mərkəzi Bankın manatın stabilləşdirilməsi üçün manevrləri genişlənib. Növbəti mərhələdə Mərkəzi Bankın mövqeyi və eyni zamanda hərraclara çıxaracağı valyutanın həcmi əhəmiyyətli olacaq”.
Ölkə.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi