Dollar 9 aylıq maksimum həddə çatdı

img

09-06-2010 [12:42]


Dünyada dolların bahalaşması fonunda valyuta ehtiyatının azalmasının qarşısını almaq üçün Mərkəzi Bank dolların ?cilovunu? buraxmaq qərarına gəlib. ?İqtisadi forum? jurnalının Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda ABŞ valyutasının rəsmi məzənnəsi son 9 ayda ən yüksək həddə qalxıb. Bankın məlumatına görə, iyunun 9-da dolların manata nisbətən rəsmi məzənnəsi 0,8038 manat müəyyən edilib. Bu, 7 sentyabr 2009-cu ildən bəri ən yüksək göstəricidir. Həmin tarixdə 1 dollar indiki səviyyədə - 0,8038 manata bərabər olub. 2010-cu ildə dollar ilk dəfə 0,8038 manat həddinə çatıb. Bu ucuzlaşmadan sonra dolların manata nisbətən dəyərsizləşməsi 2010-cu ildə 0,1% təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA