05-02-2017 [12:24]
Samir ƏLİYEV, iqtisadçı-ekspert
Mərkəzi Bank fevral ayının 1-i tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb. Məlum olur ki, valyuta ehtiyatları yanvar ayı ərzində 8,9% artaraq, 4327,2 milyon dollara yüksəlib. Bununla da, Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb.
Əlbəttə, uzun fasilədən sonra bir ayda bu səviyyədə artım təəccüb doğurmaya bilməzdi. Xüsusən də manatın tam üzən məzənnəyə keçdiyinin elan edildiyi bir vaxtda bu məlumat ilk baxışdan belə bir fikri ortaya atır: "Manat tam üzən məzənnəyə keçdiyi üçün Mərkəzi Bankın valyuta ehtiyatı artıb".
Bu fikri gücləndirmək üçün Rusiya və Qazaxıstan təcrübəsinə istinad etmək də olar. Çünki hər iki ölkədə milli valyutanın məzənnəsi sərbəst buraxıldıqdan sonra valyuta ehtiyatlarının azalması dayandı və artımla əvəz olundu.
Bəs, onda necə oldu ki, bizim Mərkəzi Bankın ehtiyatları qısa müddətdə bu həcmdə artdı?
Mərkəzi Bankın xəsisliklə paylaşdığı məlumatlar fonunda bunun səbəbini müəyyənləşdimək çətindir. Yenə də onu tapmağa çalışaq.
Qabaqcadan deyim ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının manatın tam üzən məzənnəyə keçidi ilə heç bir əlaqəsi yoxdur. Çünki Mərkəzi Bank ötən ilin sentyabrından valyuta bazarında satışı dayandırıb və ancaq fasilitator rolunu oynayır. Yəni, onsuz da baş bankımız valyuta satmırdı.
Yanvar ayında dollar dünya bazarında əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatına daxil edilən avro 2,7%, funt sterlinq isə 1,9% bahalaşıb. Bu valyutaların ehtiyatlarda həcmi barədə son məlumatlar yoxdur. Təxmin etmək olar ki, 4 milyard dollarlıq ehtiyatda onların payı ümumi məbləğin 10-15% civarındadır. Deməli, məzənnə fərqinə görə, artım 10-15 milyon dollar olub. Onda yerdə qalan vəsait hardan yaranıb?
Ehtiyatların idarə edilməsindən o qədər artım əldə etmək mümkün deyil. Mərkəzi Bank bazardan da dollar almayıb. Ən azı indiki dövrdə bu, mümkün deyil. Elə pul bazasının yanvar ayında 6.7% azalaraq 7,3 milyard manata düşməsi monetar qurumun alış versiyasını istisna edir.
Yeganə səbəb kimi, Neft Fondunun "makroiqtisadi sabitlik" məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürülməsi ilə izah etmək olar. Bu məqsədlə Neft Fondu ayda orta hesabla 625 milyon manat köçürməlidir. Bu isə təxminən 342 milyon dollar (yanvar üzrə orta məzənnə təxminən 1,83 USD/AZN) edir. Məzənnə fərqini də nəzərə alsaq, təxminən, 352-357 milyon dollar edir. Ehtiyatın həcmi də məhz bu həddə artıb.
Mərkəzi Bank sonsuz olaraq Neft Fondunun vəsaiti hesabına ehtiyatlarını artırmayacaq. Çünki makroiqtisadi sabitliyin puluna ehtiyac çoxdur. Həm xarici borcların (Beynəlxalq Bank, dövlət şirkətləri və s.), həm də valyuta bazarının bu vəsaitə ehtiyacı olacaq. Ona görə də növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən azalması baş verəcək.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib