"Səhliyalı?da xammal kimi istifadə olunan qarızıq yağın tərkibində bağırsaq çöpləri azkar edilib

img

08-06-2010 [02:50]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ?Səhliyalı? kiçik müəssisəsində davam etdirilən araşdırmalar zamanı xammal kimi istifadə olunan Ukrayna istehsalı ?Voloqodskiy? nişanlı qarışıq yağın tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkar edilib. Nazirliyin mətbuat xidmətindən Müsəqil İnformasiya Agentliyinə verilən məlumata görə, həmçinin müəssisədə istehsal edilən ?Halal qarışıq kərə yağı?nın, dovğanın, xamanın, ayranın, qatığın və pendirin tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkar edilib. Bundan başqa, müəssisədə istehsal olunan ət məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq sertifikatının olmadığı da müəyyən edilib. Müəssisədə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar ət və süd məhsulları istehsalının dayandırılması və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə ?Səhliyalı? müəssisəsinə icrası məcburi göstəriş verilib, müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA