6 milyon manatlıq ipoteka krediti verilib, tikinti və əmlak sektorlarında hələ də canlanma yoxdur

img

08-06-2010 [02:17]


Azərbaycan İpoteka Fondu Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirib. İstiqrazlar 103,1223 qiyməti ilə satışa çıxarılıb. Verilən məlumata görə, hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) üstələyərək 5 523 000 manat olub. Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 38 mln. manata çatıb. Qeyd edək ki, cari ilin fevral ayına qədər fondun xətti ilə 6 mln. manata yaxın ipoteka krediti verib. Bununla da 2006-cı ilin mart ayından başlayaraq verilən ipoteka kreditlərinin ümumi həcmi 162 mln. manatı keçib. Nəticədə 4000-dən artıq ailə ev alıb. Prqramın sosial-iqtisadi təsirlərindən söz açan iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ipoteka kreditlərindən istifadə edənlərin sayının artdığı söylənsə də bu proqram tikinti sektoru və bütövlükdə əmlak bazarında ciddi dəyişikliklərə gətirib çıxarmayıb: ?Proqramın tikinti sektorunda canlanmanın yaranmasında effektli olmamasının əsas səbəblərindən biri əmlak bazarını tam əhatə edə bilməməsidir. Belə ki, ipoteka proqramı əmlak bazarının müəyyən strukturunu əhatə edib?. Ekspertə görə, proqram Bakının mərkəzi rayonlarını əhatə etmir. Bununla belə hətta paytaxtın ətrafında belə bu proqram mənzilə olan tələbatın ödənilməsinə gətirib çıxara bilməyib:?Əslində Mərkəzi Bank əmlak bazarında canlanmanın yaradılması məqsədilə 2009-cu ilin iyun ayının 1-də ipoteka proqramıının bərpa edildiyini bildirirdi.Amma sonradan bəlli oldu ki, bu canlanmanın yaranması mümkün deyil?. İpoteka kreditlərinin tikinti və əmlak bazarı sektorlarına təsir etməməsinin digər səbəblərinə toxunan mütəxəssis deyir ki, proqram çərçıvəsində yerləşdirilən istiqrazların sayının artmasına baxmayaraq kreditlərin verilmə şərtlərinin təkmilləşdirilməsi həyata keçirilməyib: ?Hələlik ipoteka proqramı 2005-ci ilin sentyabrında qəbul edilən qanuna və 2007-ci il yanvarın 3-də ölkə prezidenti tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsi haqqında fərmana əsasən həyata keçirilir. Təbii, 2007-ci ilin yanvarında müəyyənləşdirilən şərtlər 2010-cu ilin ortaları üçün keçərli ola bilməz. Şərtlərin dəyişdirilməməsi ipoteka proqramına marağın artmasına, eləcə də tikinti sektorunda canlanmanın yaranmasına sədəd olmur?. Məlum oldu ki, adi vətəndaşların ipoteka kreditlərindən isrifadə edə bilməməsinin səbəbi kreditlərə çıxış imkanlarının məhdudluğudur: ?Əvvəla kredit götürmək üçün tələb edilən sənədlərin sayı çoxdur.Bürokratik əngəllər var. Bir sıra hallarda proqram dayandırlmasa da kreditlərin verilməməsi yönündə açıqlamalar verilir. Bəzi banklar tanıdıqları, özlərinə yaxın bildikləri şəxslərə kredit xətti açırlar. Bütün bunlar adi vətəndaşların kreditlərə çıxış imkanlarını məhdudlaşdırır?. Məsələnin başqa tərəfi kreditlərin faiz dərəcələridir. İqtisadçı-ekspert deyir ki,İpoteka Fondu adi ipoteka kreditlərini 8 faizlə təklif edir. Bu da əslində regionda ən yüksək kredit faizi hesab edilə bilər: ?Türkiyədə adi ipoteka kreditləri 4,5 faizlə verilir. Hətta qonşu ölkədə yaşayan əcnəbilərə verilən kreditlərin faiz dərəcələri Azərbaycanla müqayisədə 0,5 faiz aşağıdır. Bütün bunlar ondan xəbər verir ki, faizlərin yüksək olması proqramın səmərəli işləməsinə imkan vermir. O baxımdan ipoteka proqramı tikinti, əmlak sektorlarına təsir etmək imkankarına malik deyil. Kreditlərin verilməsi ilə bağlı təkmilləşdirmə aparılmadığı, şərtlər əvvəlki qaydada saxlandığı üçün proqramın sözügedən sektorlara ciddi təsir edəcəyi gözlənilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA