01-02-2017 [16:13]
"Azərbaycan iqtisadiyyatında xarici borcların bu sürətlə artması neqativ haldır".
Mia.az xəbər verir ki, bunu iqtisadçı Məhəmməd Talıblı bildirib.
Onun sözlərinə görə, həm dövlətin özünün beynəlxalq maliyyə qurumlarından aldığı borclar, həm şirkətlərin beynəlxalq qurumlardan götürdüyü kreditlər, həm də hökumətin zəmanəti ilə dövlət şirkətlərinin infrastruktur və institsional layihələr üçün aldığı borclar sürətli maliyyə axınına səbəb olub:
"Əvvəllər dövlət büdcəsi xərclərində "xidməti borclar" bölməsində daxili və xarici borcların səviyyəsi büdcə xərclərinin illər üzrə 0,5-3 faizə qədər həddində dəyişirdi. 2017-ci ilin dövlət büdcəsində isə həmin xərclər 1,6 milyard manat təşkil edəcək. Bu isə büdcə xərclərinin təxminən hər 10 manatından 1-nin sərf olunması və ya başqa sözlə desək, 9,7 faizinin sərf olunacağı deməkdir".
İqtisdaçının sözlərinə görə, xarici borcların miqyasını artıran bir neçə faktor ziyanımıza işləyir:
"Birincisi, dolların manat qarşısında dəyər qazanması və manatla əldə edilən gəliri dollara konvertasiyası zamanı ödəmə qabiliyyətinin aşağı düşməsi və əlçatanlığın zəifləməsidir.
İkincisi, xarici borclarla bağlı bağlanmış kredit sazişlərinin sayı və həcmi artır. Bu isə xarici borcun toplam həcmini artırır.
Üçüncüsü, ÜDM-in həcmi ildən-ilə zəifləyir. ÜDM-in həcmi kiçiləndə, onda xarici borcun xüsusi payı daha da artır ki, bu da təhlükəli həddə yaxınlaşmaq və qırmızı xətti keçməyimiz deməkdir.
Məlumat üçün bildirim ki, beynəlxalq normalara görə, xarici borcun həcmi ÜDM-in 40 faizini keçərsə, bu, artıq təhlükəli zolağa daxil olmaq deməkdir. Bunu ÜDM-in və xarici borcun dollarla ifadəsi onu deməyə imkan verir".
İqtisadçı deyir ki, bütün bunlara görə Azərbaycan hökumətinin maliyyə idarəçiliyində olan nöqsanları ilə bərabər, beynəlxalq maliyyə qurumlarının da məsuliyyəti az deyil:
"Açığı, mən bu məsələdə Azərbaycan hökumətinin səriştəsiz idarəçiliyi ilə bərabər, beynəlxalq birlikləri, o cümlədən maliyyə qurumlarını da qınayıram.
Dünya Bankı başda olmaqla, digər banklar qrupu verilmiş kreditlər üzərində vətəndaş cəmiyyəti insitutlarını prosesə cəlb etməklə effektiv monitorinq işini təşkil etmədi. Bu isə şəffaflıqla bağlı problemlərin meydana çıxmasına, şübhəli və risk yaradıcı amillərin daha da güclənməsinə gətirib çıxardı.
Mən, bunu böyük uğursuzluğun başlanğıcı hesab edirəm. Məhz hər şey səhv start xəttindən başlandı. Bugünkü reallığımız isə həmin səbəblərin acı nəticəsi kimi meydana çıxdı".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi