"Vətəndaşlar faktiki kreditlərlə yükləniblər..." - Ekspertlərdən şərh

img

31-01-2017 [11:46]


«Hazırda Azərbaycanda 2.5 milyon nəfərə yaxın adam banklara borcludur. Ölkədə yaşayanların, az qala, hər üçündən birinin banklara borcu var. Çoxları əvvəlcə bir bankdan kredit götürüblər. Sonra başqa bir bankdan köhnə borcları bağlamaqdan ötrü kredit götürüblər və bu, devalvasiyaya qədər belə davam edib».

Bu sözləri "Exo” qəzetinə açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənov deyib ki, başçılıq etdiyi hüquq firmasına elə şəxslər müraciət edirlər ki, onların 10 banka borcu var. Onun bildirməsinə görə, adətən belə şəxslər ancaq faizləri ödəyə bilir. Borcun məbləği o qədər də dəyişmir. Belə olan halda problemli kreditləri azaltmaq müşkülə çevrilir. 

Ə.Həsənov vurğulayıb ki, çoxları təkcə banklara yox, lombardlara və ticarət şəbəkələrinə də borcludur.

Digər ekspert Nəriman Ağayev də deyib ki, Azərbaycanda bir çox ailələrin iki və daha çox banka krediti var: «Azərbaycan xalqı banklardan təkcə pul götürmür, habelə kreditə telefon, mebel, avtomobil, ipoteka ilə mənzil alır. Vətəndaşlar faktiki kreditlərlə yükləniblər və müxtəlif reklam çarxları insanları banklar önündə daha çox borca batmağı stimullaşdırır».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA