MBASK-ın boulinq üzrə kuboku öz sahibini tapdı

img

07-06-2010 [12:25]


Ötən bazar günü Bakı Əyləncə Mərkəzində (BƏM) MBASK sığorta şirkətinin boulinq üzrə Kubokunun IX illik turniri baş tutdu. İyun ayının 6-da MBASK Sığorta Şirkətinin kuboku uğrunda boulinq üzrə növbəti, ənənəvi turnir baş tutdu. Yarışmada 40 komanda, o cümlədən, KİV-i, bankları, xarici və yerli şirkətləri təmsil edən komandalar iştirak edirdi. Turnir Bakı Əyləncə Mərkəzində keçirilirdi və 4 turdan ibarət idi. 12 saat sürən fasiləsiz mübarizə nəticəsində birinci yerə, finalda iki partiyada 1297 xal toplayaraq, ?Bura Bakıdır? restoranının komandası çıxdı. Daha sonra final protokolunda, keçən iki ilin qalibləri - Unibank və ?Bolshoy Prazdnik? komandaları yerləşmişlər. Turnirin qalibləri, yarışmanın sponsorları olan MBASK Sığorta Şirkətindən yeni ?Məsuliyyət? və ?Dəyər? sığorta məhsullarını, Elite Travel və Butterfly Travel şirkətindən Azərbaycanın regionlarından birinə 2 günlük səyahət və həmçinin ?Bura Bakıdır? restoranından 5 nəfərlik şam yeməyi əldə etdilər. Turnirin hamıdan çox xal toplamış ən yaxşı oyunçusu, Statoil komandasının oyunçusu, Unibank-dan 1000 AZN aldı. Bütün bunlardan əlavə, liderlər üçlüyü Bolshoy prazdnik şirkətindən hədiyyələr aldı. Qeyd etmək lazımdır ki, MBASK-ın Kuboku uğrunda boulinq üzrə illik turnir MBASK Sığorta Şirkətinin müştərilərin loyallığının artırılması proqramı çərçivəsində keçirilir və ildən ilə bu yarış respublikada daha da populyar olur. Hər halda, təkcə iştirakçılar tərəfindən deyil, həm də kütləvi informasiya vasitələri və sponsorlar tərəfindən göstərilən artan maraq belə güman etməyə əsas verir ki, ?MBASK Kuboku? artıq MBASK SŞ-nin müştəriləri, işgüzar tərəf-müqabilləri və sadəcə dostları arasında boulinq üzrə ümumşəhər birinciliyi xarakteri almışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA