"Mərkəzi Bank kreditlərə güzəşt versəydi,..." - Ekspertdən problemli kreditlər şərhi

img

30-01-2017 [11:06]


"Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb. Bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8.9 faizi deməkdir".

Mia.az xəbər verir ki, bunu istisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda, bu rəqəm 5 faiz ətrafında dəyişirdi. Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür:

"Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görünmürlər. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artım qaçılmazdır.

Tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyili hissəsi artıq "ümidsiz kreditlərdir”. Yəni, onların geri qaytarılması praktik olaraq mümkün deyil.

Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank, sadəcə, problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi, 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi".

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank kreditlərə güzəşt versəydi, nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi: "Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə, problemli kreditlərin həcmində artımlar davam edəcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA