"Azərbaycan qaz hasilatını artırır, neft istehsalını azaldır" - Nazir

img

25-01-2017 [14:45]


Azərbaycan bu il qaz hasilatını artırmağı, neft hasilatını azaltmağı planlaşdırır".

 "APA-Economics" xəbər verir ki, bunu "Natural Gas World" nəşrinə müsahibəsində energetika naziri Natiq Əliyev bildirib.
 
Azərbaycan 2017-ci ildə ümumi qaz hasilatını 0,8% artıraraq 29,561 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. 2016-cı ildə Azərbaycanda hasil olunan qazın həcmi 0,6% azalaraq 29,331 mlrd. kubmetr təşkil edib.
 
Cari ilin yanvarın 1-ə anbarlarda saxlanılan qazın həcmi 1,167 mlrd. kubmetrə çatıb.
 
N. Əliyevin sözlərinə görə, Azərbaycan "Şahdəniz-1" layihəsi çərçivəsində hasilatı artırmağı planlaşdırır. Bununla yanaşı, gələn il "Şahdəniz-2" layihəsi çərçivəsindən ilkin hasilata başlanacaq:

"2017-ci ildə "Şahdəniz-1" layihəsindən hasil olunacaq qazın 10 mlrd. kubmetrdən çox olacağı gözlənilir. Ötən il bu rəqəm 9,9 mlrd. kubmetr olub".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA