?flydubai? uğurlu olan ilk fəaliyyət ilini qeyd edir

img

04-06-2010 [11:36]


?flydubai? şirkəti fəaliyyətinin ilk ilini qeyd edir və bu il ərzində şirkət bir milyona yaxın billet sifarişi alıb. -İlk 12 ay ərzində 1 milyondan yuxarı sərnişin -Böyüklüyünə görə dünyada altıncı olan Dubay Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən ikinci böyük hava yolları Hava yolları Dubay hökuməti tərəfindən 2008-ci ilin Martında Dubaydan 4-4,5 saatlıq uçuş radiusunda olan bütün səyahətlərin daha asan, daha əlçatan və daha əlverişli edilməsi məqsədi ilə yaradılıb. ?flydubai? şirkəti ilk uçuşunu 2009-cu il, İyunun 1-də Beyruta edib və cəmi 12 ay sonra şirkət 21 çatma məntəqəsindən ibarət şəbəkəsini qura bilib. Çatma məntqəqlərindən 16?sı hazırda fəaliyyət göstərir, daha 5-i isə bu ayın sonunadək əlavə ediləcək. Bütün bunlar ?flydubai? şirkətini yəgin ki, ən sürətlə inkişaf edən hava yollarına çevirir. 2009-cu ilin İyununda Beyrut və Əmmana uçuşlar başladıqdan sonra Dubay-Beyrut istiqamətindəki daşınmalar 33%, Dubay-Əmman ustuqamətindəki daşınmalar isə 40% artıb ki, bu da ?flydubai? şirkətinin sadə və qənaətcil qiymətlərinin bazarın böyüməsinə yardımçı olduğunu göstərir. ?flydubai? şirkəti bazara dəyişikilər gətirməklə insanlara baqaj üçün yerin, sərnişin yerinin və yeməklərin alınması ilə bağlı seçim etmək imkanı verib. Bu seçim imkanları sərnişinlər arasında çox populyar olub. Belə ki, sərnişinlərin 83%-i yemək və içki alıblar, sərnişinlərin 30%-i öz yerlərini seçmək üçün ödəniş ediblər və sərnişinlərin 56%-i baqaj üçün yer alıblar. Lakin sərnişinlərin 44%-i yalnız əl çantası ilə səyahət ediblər ki, bu da onların ?flydubai? şirkətinin qənaətcil qiymətlərindən bəhrələndikləri deməkdir. Bu rəqəmlər fəqrli səyahət üsulunun Yaxın Şərq bazarında yaxşı qarşılandığını göstərir. Fəaliyyətinin ilk ilində ?flydubai? şirkəti təxminən 8000-ə yaxın uçuş edib. Təkcə May ayında 1000-dən çox uçuş edilib. Bu çox təsiredici rəqəmlərdir və bu onu göstərir ki, ?flydubai? şirkətinin getdikcə böyüməsinə baxmayaraq, şirkətin iş fəaliyyəti daha da yaxşılaşır. ?flydubai? şirkətinin hava donanması 8 ən yeni ?Boeing 737-800 NG? təyyarələrindən ibarətdir. Bu ilin sonuna qədər orta hesabla bir təyyarədən istifadə müddətinin 14,5 saat olacağı gözlənilir. Bu, ?flydubai? şirkətini sənaye liderinə çevirməklə yanaşı hava yollarına qənaətcil qiymətlər saxlamağa imkan verir. Şirkətin işçilərinin sayı da sürətlə artır. Hazırda ?flydubai? şirkətində 70-ə yaxın ölkədən olan 500-dən çox işçi çalışır və buraya 100 nəfər pilot və 200-dən çox heyət üzvü daxildir. Bununla bağlı ?flydubai? şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt qeyd deyib: ?Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın Hökmdarı, Zati-Aliləri Məhəmməd bin Rəşid Əl Maktumun liderliyi və uzaqgörənliyi olmasaydı biz bu gün olduğumuz yerdə olmazdıq. Həmçinin Sədrimiz, Şeyx Əhməd bin Səid Əl Maktumun rəhbərliyi və dəstəyi sayəsində bu cür qısa bir müddət ərzində biz belə bir güclü mövqeyə sahibik. Biz həmçinin çoxsaylı tərəfdaşlarımıza və bizə dəstək verənlərə, o cümlədən Xarici İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Birləşmiş Ərəb Əmirliklərinin Baş Mülki Aviasiya İdarəsinə, Dubayın Mülki Aviasiya İdarəsinə, Dubayın Naturalizasiya və Yaşayış Departamentinə, Dubayın gömrük sisteminə, Dubay Beynəlxalq Aeroportuna, Dubayın Turizm və Kommersiya Marketinqi Departamentinə, habelə, ötən il ərzində bizi dəstəkləyən səfirliklərə və konsulluqlara minnətdarıq. ?Biz bu il ərzində əldə etdiyimiz nailiyyətlərdən böyük qürur hissi keçiririk. Biz nəzəriyyəni götürüb reallığa çevirmişik və bu reallıq bütün hamının xoşuna gələn məhsuldur?. ?Bizim gələcəklə bağlı böyük planlarımız var və biz birinci ildəki uğurlarımızın davam edəcəyinə inanırıq.? Öz ?flydubai? üslubuna riayət etməklə şirkət inkişaf sürətini azaltmaq niyyətində deyil. Növbəti aylarda, qənaətcil hava yolları daha 5 təyyarə alacaq və bu ilin sonuna kimi 25-dən çox istiqamətdə uçuşlar etməklə öz regional şəbəkəsini daha da möhkəmləndirmiş olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA