Dollar 2.40 manata qədər qalxa bilər - Təhlükəli proqnoz

img

19-01-2017 [10:23]


Dünən Manat rəsmi olaraq dollar qarşısında 2,7 qəpik və ya təxminən 1,5% bahalaşdı.

Mia.az xəbər verir ki, "Marja”nın yaydığı məlumatda bildirilir ki, son 3 hərracda dolların bahalaşması isə 3,2%-ə çatıb. Manat yenə "üzmür”, əgər belə olsaydı, son günlər dünyada ucuzlaşmaqda olan dollar manat qarşısında da ucuzlaşardı. 

Sayt yazır ki, sanki Mərkəzi Bank dolların məzənnəsini 1,95-2 manata çatdırmağı və bu səviyyələrdə sabitləşdirməyi qarşısına məqsəd qoyub. Dolların 2 manatdan yuxarı səviyyələrə qalxması daha dərin sosial-iqtisadi problemlər yarada bilər: "2 manat psixoloji səviyyədir. Çoxları xeyli müddətdir dolların bu qiymətə qalxacağını deyirdilər. Növbəti gözlənlən yüksək səviyyələr 2.20 və 2.40 manatdır. Lakin Mərkəzi Bank dolların manat qarşısında bu səviyyələrə qalxmasına müdaxilə edə bilər. Belə ki, bu il Neft Fondu Mərkəzi Banka 4,2 milyard köçürəcək ki, bu vəsait məzənnənin sabitləşdirilməsinə yönəldilə bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA