18-01-2017 [11:00]
İstehlak bazarında aparılan yoxlamaların təhlili göstərir ki, qarşılıqlı razılaşmaya əsasən bəzi pərakəndə ticarət obyektlərində istifadəyə yararsız hala düşmüş-saxlama və yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəricəsində keyfiyyətini itirmiş məhsullar pərakəndə ticarət obyektləri tərəfindən satışdan çıxarılaraq mal göndərən təşkilatlara geri qaytarılır.
Bu haqda "İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov mia.az-a bildirib.
Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən bu cür malların satışının qadağan olunduğunu nəzərə alsaq, istehsalçı, idxalçı və təchizatçı müəssisələr tərəfindən həmin malların geri yığılması başa düşülən deyil. Bir sıra pərakəndə ticarət obyektləri isə bu halı malları geri qaytararaq dəyərinin əvəzləşdirilməsi, yaxud istifadəyə yararsız malların əvəzinə yararlı mal götürülməsi ilə izah edirlər.Bu hal iqtisadi münasibətlərdə, istehlakçıların hüquqlarının qorunmasında, rəqabətli bazar mühitinin yaranmasında da ciddi problemlər yaradır.
Azər Sərdarov bildirib ki, bir sıra pərakəndə ticarət obyektlərində yararsız hala düşmüş məhsulların geri qaytarılması mal göndərənlər tərəfindən istehsal tarixi, yararlılıq müdddəti dəyişdirilərək, bəzən, hətta dəyişdirilməyərək, yenidən etiketlənərək təkrar pərakəndə ticarətə qayıtması ilə nəticələnir. İri mal göndərən subyektlərin orta və kiçik, yeni yaranmış sahibkarlıq subyektlərini bazardan sıxışdırmasına və bazarda təmərküzləşmə yaranmasına səbəb olur. Belə ki, iri mal göndərənlər külli miqdarda malları pərakəndə ticarət obyektlərinə təhvil verib satılmayan hissəsini geri götürürlər. Bu subyektlərin ticarət dövriyyəsi böyük olduğundan malların geri göterülməsi onların iqtisadi vəziyyətinə bir o qədər də təsir etmir. Kiçik və yeni yaranmış sahibkarlıq subyektləri isə bu cür rəqabətə davam gətirə bilmirlər.
Bütün bunlara əsasən Azər Ədalət oğlu Sərdarov təklif edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları” nın 4.8-ci bəndinə aşağıdakı məzmunda 2-ci abzas əlavə edilsin:
"Saxlama və yaralılıq müddəti ötmüş və istifadəyə yarasız hala düşmüş malların pərakəndə ticarət, ictimai iaşə və digər obyektlərdən mal göndərən sahibkarlıq subyektlərinə qaytarılması qadağandır. Bu malların adi qaydada yerində məhv edilməsi mümkün deyilsə, onlar məhv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu sahadə fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrə təhvil verilməlidir”.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi