Dollar bu gün neçəyədir? - Məzənnə

img

18-01-2017 [10:02]


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən mia.az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 17-si ilə müqayisədə dəyişməyərək 1,8045 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% möhkəmlənərək 1,9302 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,66% möhkəmlənərək 0,0304 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,07% möhkəmlənərək 0,4790 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2269 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 2,2%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,5% möhkəmlənərək 0,6840 manat olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA