Bu dövlət qurumlarının 55 milyonluq borcu silindi - Ekspertdən detallı izah

img

17-01-2017 [14:59]


"Vergi amnitsiyasından kimlər nə qədər bəhrələnib? Bu siyahıya Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsi başılıq edir".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu facebookdakı hesabında yazıb. Ekspoert daha sonra bunları qeyd edib: "Bildiyiniz kimi, artıq vergi amnistiyası tətbiq olunmağa başlayıb. İlk növbədə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi və fiizki şəxslərin adları açıqlanıb. Məlum olub ki, bu aksiyadan ən çox faydalananlar aşağdıakı hüquqi şəxslər olub:

* Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsi
22 nilyon 676 manat 116 manat 10 qəpik
* Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi -
14 milyon 145 min 408 manat 66 qəpik
* "Azərsu" Açiq Səhmdar Cəmiyyəti
13 milyon 692 min 457 manat 91 qəpik
* Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi
4 milyon 175 min 386 manat 41 qəpik

Görüündüyü kimi, amnistisiya siyahisına Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsi (AİHOƏK) rəhbərlik edir. Çox maraqlıdır ki, əsasən fəaliyyəti bu il nəzərdə tutulan AİHOƏK gecikdirilmiş vergi borclarına görə iri məbləğdə borcu olan hüquqi şəxs olub.

Ən çox vergi intizamını pozanlar isə Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi, "Azərsu" Açiq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi olub".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA