Hesablama Palatası Dövlət Neft Fondunda 3 il yoxlama aparacaq

img

02-06-2010 [01:39]


Hesablama Palatası Dövlət Neft Fondunda (ARDNF) yoxlamalara başlayıb. Palatanın sədri Heydər Əsədovun sözlərinə görə, fonda daxil olan vəsaitlər, audit hesablar və s. sahələri əhatə edəcək. Diqqəti çəkən isə yoxlamaların üç illik müddəti əhatə etməsidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Hesablama Palatası Dövlət Neft Fondunda yoxlamalara başlaması müsbət haldır. Çünki, bütün hallarda Neft Fondu büdcədənkənat fond olsa da neft satışından əldə olunan gəlirlərin əhəmiyyətli hissəsi bu qurumda yerləşdirilir: ?Neft Fondunun vəsaiti hesabına kifayət qədər böyük düdcəsi olan layihələr maliyyələşdirilir. Eyni zamanda fondun aktivləri 13,1 milyard manatdır. Fonddad indiyə qədər 9 investisiya layihəsi maliyyələşdirilib. Həmin layihələr kifayət qədər böyük büdcəyə malikdirlər. Təkcə qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli məqsədilə fonddan 615,8 mln. manat vəsait xərclənib.O baxımdan kifayət qədər böyük büdcəyə və maliyyələşdiridiyi layihələrin smetası böyük olan fondun yoxlanması vacibdir. Sadəcə Dövlət Neft Fondunun yoxlanması ilə bağlı bir sıra diqqəti çəkən məqamlar var.Əvvəla Hesablama Palatasının hər hansı təşkilatda apardığı yoxlamaların nəticələri çox nadir hallarda konkret olur. Adətən palatının yoxlamalarının nəticələri ümumi mənzərəyə malik olur. Və orada ümumi məlumatlar yer alır. Hansıkı onları praktikada istifadə etmək olmur?. V.Bayramov palatanın öz tapıntıları ilə bağlı ictimaiyyətə məlumat vermədiyini də diqqətə çatdırır: ?Palatanın yoxlamalrı bir sıra hallarda formal xarakter daşıyır. Güman edilmir ki, palatanın yoxlamalrı Neft Fondunun idarəçilik sisteminin dəyişməsinə gətirib çıxaracaq?. ARDNF-ın dövlət qurumları arasında daha şəffaf hesab olunduğunu vurğulayan ekspert deyir ki, qurum fəaliyyəti ilə bağlı məlumatların əksəriyyətini öz saytında yerləşdirdirir, ildə 4 dəfə mətbuata hesabat verir: ?Amma bəzi məlumatlar var ki, qurum heç bir əsaslandırma olmadan onları ictimaiyyətə açıqlamır.Məsələn, fondun vəsaitlərinin hansı menecerlər tərəfindən idarə edilməsi, vəsaitlərin hansı banklarda saxlanması ilə bağlı məlumatları əldə etmək mümkün olmur. Fond bunu kommersiya sirri ilə əlaqələndirsə də burada hər hansı kommersiya sirrindən söhbət gedə bilməz. Çünki, fonda yığılan pullar dövlət, ictimaiyyət vəasitləridir. Norveç Neft Fondunun fəaliyyətinə baxsaq vəsaitlərin hansı menecerlər tərəgindən idarə olunması bütün açıqlamalrında öz əksini tapıb. Məsələnin digər tərəfi Norveç Neft Fondu və başqa şəffaf neft fondları ilə işləyən maliyyə menecerləri, banklar öz adlarını ictimaiyyətə açıqlasalar da Dövlət Neft Fondu ilə əməkdaşlıq edən banklar adlarını ictimaiyyətə açıqlanmasında maraqlı deyillər?. V.Bayramov hesab edir ki, ARDNF-ın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində islahatların aparılmasına, addımların atılmasına ehtiyac var: ?Amma Hesablama Palatası hələki Neft Fondunun daha çox maliyyə fəaliyyətini yoxlayır. Palatanın yoxlama, hesabatları təqdim etmə prinsipini nəzərə alsaq qurumun fondda apardığı yoxlamaların nəticələrinin hansısa ciddi faktları aşkar edəcəyi gözlənilmir. Hesablama Palatasının konkret rəqəmlərlə çıxış edəcəyi proqnozlaşdırılmır. Əvvəlki yoxlamalarda olduğu kimi bu dəfə də ümumi məlumatları açıqlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA