16-01-2017 [00:07]
"Borca görə təhdid olunduğunu sübut etdik və məhkəmə bankın şəxsə mənəvi təzminat ödəməsi ilə bağlı qərar qəbul etdi”.
Mia.az xəbər verir ki, bunu hüquqşünas, bir müddət öncə "Antikollektor" şirkəti yaradaraq borcluların hüquqlarını məhkəmədə müdafiəyə qalxan Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində deyib.
Mövzu ilə bağlı ekspertin müsahibəsini təqdim edirik:
- Əkrəm bəy, bir ilə yaxındır ki, məhkəmələrdə banklara borcu olanların kütləvi iddiasını təşkil etmisiz.
– Əslində, gözlədiyimiz kütləviliyi görmədik. Çünki ölkədə 2 milyondan çox banka borcu olan var. Antikollektora indiyə kimi minlərlə adam gəlib, çoxu məsləhətlə kifayətlənib, çünki onların ödəmə qabiliyyəti yoxdur. Biz də onlara bildirmişik ki, narahat olmayın, kimsə sizə bir şey edə bilməz. Bir neçə şəxsin borca görə həbs olunma təhlükəsi yaranıb, biri qanunsuz olaraq 10 günlüyə həbs edilib, onların həbsdən buraxılmasına nail olmuşuq və ya tutulmasına imkan verməmişik. Həbs edilənlərin müdafiəsini qurmuşuq və hazırda 3 nəfərin işinə görə Avropa Məhkəməsinə müraciət etmişik.
- İndi də borcluların həbsi təhlükəsi davam edirmi?
– Xeyr, fikrimcə, elə bu fəallığın nəticəsi oldu ki, borcluların həbsi ilə bağlı cəhdlərə rast gəlmirik. Amma yenə də borclular qorxurlar.
– Elə bu həftə bir işi udduq. Bilirsiz ki, borcluları bəzi banklar qanunsuz təqib edirlər, onlara zəng edib hədələyirlər, iş yerlərinə müraciət edirlər, evlərinə gedirlər. Belə hallar qanunsuzdur və mütləq belə halla üzləşən şəxslər məhkəməyə müraciət etməlidirlər. Bizim də belə müraciətlərimiz vardı. Bu günlərdə borclunun təhdid və rüsvay edilməsinə görə Antikollektorun "Unibank”a qarşı iddiasını məhkəmə təmin etdi. Məhkəmə bankın borcluya 1000 manat məbləğində mənəvi zərərin əvəzini ödəməsinə dair qərar çıxarıb. Qətnaməni hələ almamışıq, alan kimi dərc edəcəyik.
- Əkrəm bəy, banklara borc məsələsində zaminlər də problemlərlə üzləşiblər. Bu istiqamətdə yekunlaşan məhkəmə prosesləri varmı?
– Əgər borc müqaviləsinə dəyişiklik edilibsə və bu zaman zaminin razılığını almırlarsa, zaminin öhdəliyi bitir. Bilirik ki, manatın devalvasiyasından sonra əksər müqavilələrə dəyişiklik edilib. Biz bu yaxınlarda bununla da bağlı bir işi udduq və məhkəmə qərarı ilə zamini borc öhdəliyindən azad etdirdik.
– Tək avtomobil yox, ev, əşya almaq üçün bankdan dollar krediti alanlar da bu kateqoriyaya aiddir. Burda aldatma faktı var və bu fakt üzrə iddia vermək müddəti bir ildir. Hələ ki, bu istiqamətdə müsbət nəticələnən məhkəmə prosesi yoxdur. Ancaq biz bununla bağlı başqa məzmunda iddia vermişik, yəni bu tip kreditlər üzrə Konstitusiya Məhkəməsinin qərarı var ki, banklar güzəştə getməlidirlər. Biz də buna əsaslanaraq iddia vermişik ki, şərait əsaslı şəkildə dəyişib və dollar krediti olan müqavilələrə yenidən baxılmalı, məbləğ güzəştli məzənnəyə çevrilərək milli valyuta ilə ifadə olunmalıdır. Əsas problem dollarla krediti olan borclularla bağlıdır və bu istiqamətdə məhkəmə prosesləri hələ ki, gedir.
- Əkrəm bəy, borcluların xeyrinə olan məhkəmə qərarları digər məhkəmə prosesləri üçün presedent sayıla bilərmi?
– Əlbəttə, sayıla bilər. Ancaq Azərbaycanda İngiltərə və ya ABŞ kimi presedent hüququ yoxdur. Bir məhkəmənin qərarı digəri üçün vacib deyil. Ancaq məhkəmə dövlət adından qərar çıxarır. Ola bilməz ki, eyni tipli işdə bir məhkəmə bir cür qərar versin, digər məhkəmə başqa cür. Yəqin ki, yuxarı instansiya məhkəmələri bu məsələlərə münasibət bildirməli olacaq və vahid təcrübəni tətbiq edəcək.
Sadəcə, vətəndaşlar məhkəməyə müraciət etsinlər, bundan çəkinməsinlər. Bir daha təkrarlayıram, borca görə kimisə incitməyə, hədələməyə heç bir bankın ixtiyarı yoxdur. Onu da deyim ki, biz müxtəlif dövlət orqanları və müvafiq beynəlxalq qurumlarla görüşürük, artıq borcluların müdafiəsindən ötrü qanun layihəsi də hazırlamışıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi