Bakıdakı məşhur supermarketlər şəbəkəsi fəaliyyətini dayandırdı - Səbəb

img

13-01-2017 [15:44]


Bakıdakı məşhur "Lider-AS" supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb.

"Report”un məlumatına görə, artıq bir neçə gündür şəbəkənin marketləri işləmir. Marketlərdə olan mallar isə başqa yerlərə daşınır.  Faktı "Report"a təsdiqləyən "Lider-AS" supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb. 

O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb:
 
"Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb".

İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA