""Azərsun" çayın qiymətini hər həftə qaldırır..." - Tanınmış tərcüməçi-yazardan etiraz

img

12-01-2017 [19:15]


""Azərsun" çayın qiymətini hər həftə qaldırır. 100 qramlıq "Çempion" mayı 1,88 manat olub".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli deyib.

Onun sözlərinə görə, mağazadakı vitrinlərdə qiyməti qəsdən elə yazıblar ki, yarısı görünmür:

"Yəni camaat elə bilsin ki, qiyməti 88 qəpik olub. Kassadan sonra onsuz da çox adam çekə baxmır, baxanlar da, deyir, əşi, cəhənnəmə ki, deyib gedirlər.

Bir neçə gün əvvəl həmin çay 1,69 idi. Ondan da 1-2 həftə qabaq, 1,39 idi.

Bir sözlə, son bir neçə ayda xalqın ən çox istifadə etdiyi ərzaq məhsullarından biri 150 faiz bahalaşıb...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA