Samir Şərifov: "Fəlakət bölgəsinə dövlət büdcəsindən vəsait ayrılacaq"

img

01-06-2010 [02:19]


Təbii fəlakət bölgəsinin bərpasına dövlət büdcəsindən vəsait ayrılacaq. Bunu iyunun 1-də jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq əlavə vəsaitlərin ayrılması və prezidentin müəyyən etdiyi kompleks tədbirlərin həyata keçirilməsi üçün vəsait ayrılacaq. Ancaq nazir konkret olaraq nə qədər vəsait ayrılacağını bildirməyib: ?Dəqiq rəqəm demək bir qədər tez olar, amma nəzərdə tutulur?. S. Şərifov həmçinin 2010-cu ilin dövlət büdcəsində əsas götürülmüş neftin baza qiymətinə yenidən baxılacağını bildirib: ?Dünya bazarlarında 1 barrel neftin qiyməti dövlət büdcəsində təsdiq olunmuş 45 dollardan daha yüksəkdir. Bunları nəzərə alaraq həm dövlət büdcəsinin əlavə gəlir imkanları mövcuddur, həm də Dövlət Neft Fondunun büdcəsində daha artıq həcmdə vəsait daxil olacaq?. Hazırda dünya bazarlarında 1 barrel xam neftin qiyməti 70 dollardan artıqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA