11-01-2017 [00:48]
Alqış HƏSƏNOĞLU
Ermənilr Bakıya üz tutur. Ərazi bütövlüyümüzə "hörmət” edən növbəti erməni ailəsinin səfəri gerçəkləşə bilər.
Təbii ki, bizim bilmədiyimiz mətləblər, əlimiz yetməyən qapalı təfərrüatlar ola bilir, heç şübhəsiz ki, var.
Və yəqin ki, hökumətimiz də bu səfərlərdən öz gəlir-çıxarını hesablamamış deyil.
Etiraz etməyin yeri yox.
Buyursunlar.
O qədər də xoş olmayan bu gəlişlər özüylə səfa gətirəcəkmi?…
Babam deyərdi ki, erməni-filan adında millət nə gəzir, bizim səhvlərimiz, günahlarımızdı, pis qonşu cildinə girib yanımızı kəsdirib…
Tariximizə, coğrafiyamıza qənim kəsilən "qonşumuz”u yaxşı tanımırıq. Erməni isə əksinə, bizi çikimizə-bikimizə, xirdalıqlarımıza kimi təhlil edir, öyrənir, dəyərləndirir.
Erməni (erməni adıyla kodlaşdırılmış və yetərincə qymətləndirə bilmədiyimiz düşmən də demək olar) öz məkrli planlarını həyata keçirən "sehrli düsturu” bizim milil özəlliklərimiz uzərində kəşf edib…
Yadımdadır, 70-ci ilin sonlarıydı, atamdan yuxarılara yazmışdılar.
Qonşu kənddən olan bir azərbaycanlı iddia edirdi ki, Həsən Musayev millətçidir, sovet-kommunist beynəlmiləlçiliyini təhrif edir, erməniləri sevmir.
O zaman (Sovetlərin hər yerində olduğu kimi) şikayət məktublarına həssas münasibət göstərən MK-nin ideologiya şöbəsindən ərizəni yerində-yatağında yoxlamaq üçün Arzumanyan soyadlı orta yaşlı bir təlimatçı rayonumuza ezam olunmuşdu.
Həmin əməkdaş söhbət ərəfəsində ibrətamiz bir müqayisə edibmiş.
Atamın həmişə dərin bir kədər və ürək ağrısı ilə xatırladığı söhbətdə erməni təlimatçı deyibmiş ki, siznən bizim bir fərqimiz var:
"Bizdə hər 100 ermənin içində 5-10 işinin öhdəsindən gələ bilməyən, məsuliyyətini dərk etməyən, bacarıqsız olur. Amma biz o 5-10 nəfərə ermənidir deyə toxunmuruq, 90 nəfər onlara kömək edir, yaşamalarına, inkişaf etmələrinə yardımçı olur.
Sizdə isə tamam tərsinədir, hər 100 azərbaycanlının içində 5-10 işini bilən, millətini sevən, bacarıqlı kadr tapılır. Di gəl ki, yerdə qalan 90 nəfər o 5-10 nəfəri heç cür sevə bilmir.
Sevə bilməməsi cəhənnəm, çalışmasına, yüksəlməsinə imkan vermir. Maneələr törədir, tələ qurur, sıradan çıxarır. Ona görə də siz türklərin işi qaydasında getmir. Eynən sizin o kinoda olduğu kimi.
Qatır Məmməd ona güzəranlarından şikayətə gələn kəndlilərə deyir ki, belə olmaz axı, mal-heyvana baxmırsınız, qırılıb-tələf olur, buna bəy kopooğlu neynəsin?..
Qatır Məmməd demişkən , türk türkün ayağından dartırsa, dəyərlərinizə sahib çıxa bilmirsinizsə, peşəkarı, mütəxəssisi bilərəkdən məhv edirsinizsə, ermənidə nə təqsir?”
Dəqiq müşahidədir.
Əslində bizi nankor qonşumuzdan fərqləndirən bu "üstünlük” uzun əsrlərdir ki, ermənini müvəffəq edən əsas və həlledici amilə çevrilib.
Bu "üstünlük” qarşı tərəfə bizi aşağılamaq üçün münbit şərait yaradıbdır…
Erməninin hədəfi bəlli: tariximiz, coğrafiyamız, milli yaddaşımız.
Ardıcıllıq belədir:
İlkin mərhələdə tariximizi saxtalaşdırıb mənimsəyirlər.
İkinci mərhələdə coğrafiyamız işğal edilir.
Üçüncü mərhələdə milli yaddaşımızı nəzarətə götürüb "mühasirəyə” alırlar ki, itirilmiş coğrafiyaya, unudulmuş tarixə qayıdış heç vaxt baş tutmasın.
Məşhur formul var: rəqibini uduzdurmaq üçün onu ənənəvi döyüş üslubunu, oyun tərzini dəyişdirməyə məcbur etməlisən.
Erməni indi sərasər, gecə-gündüz məhz elə bu işlə məğuldur.
Diqqətimizi yayındırır, maddi-mənəvi imkanlarımızı başqa səmtə yönləndirir.
Şuşada abadlıq işləri aparır. Tikinti-quraşdırma komplekslərini genişləndirir. Turistlər dəvət edir.
Və eyni zamanda təxribatçı ideyalar səsləndirir. Məsələn, deyir ki, dolma bizə məxsusdur. Və çox təəssüf ki, biz də dərhal təxribata uyuruq: "Yox”, – deyirik, – dolma bizim milli təamımızdır. Və dolmanın bizə aid olduğunu sübut etmək üçün pul ayırır, vaxt itirir, enerji xərcləyib "dolma festivalı” keçiririk. Və çox qəribədir ki, nəticədə dolma festivalının qalibi brazilyalılar olur…
Münaqişəni dolma, lavaş və s. qeyri-mövzuya ötürmək xüsusu məqsəd daşıyır: işğal prosesinin üçüncü mərhələsini – yaddaşın blokadasını yekunlaşdırmağa start verilib.
Erməni QHT-sindən tutmuş, siyasətçisinə – Levon Ter Petrosyana kimi, hamısının gəliş-gedişi, bizim "xeyrimizə” səsləndirdikləri bəyənatlar bir missiyaya xidmət edir.
Kompüter proqramçılarının diliylə desək, erməni bizi "format” eləmək istəyir.
Unutmayaq ki, "format” olunmuş kompüterin yaddaşından köhnə informasiyalar silinib gedir…
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib