?Bank Standard? kredit kartlarının verilməsinə prinsip etibarilə yeni yanazma tətbiq edir

img

01-06-2010 [12:23]


Yeni yanaşma tərzinin fərqli xüsusiyyəti kredit katının açıq kredit xəttilə veriməsi və rəsmiləşdirilmənin olduqca sadə olmasıdır. Ümumiyyətlə, kreditlərin və kredit karltarının kifayyət qədər mürəkkəb verilmə prosesi fonunda bu keyfiyyətlərin böyük rəğbətlə qarşılanması gözlənilir. Xüsusi kredit kartları seriyasından ilk olaraq buraxılan ?Abunəçi? kredit kartı ölkə ərazisində fəaliyyət göstərən bütün mobil operatorların fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub. Bu kartı əldə etmək üçün minimal sənədlər paketi tələb olunur. Bu kartlar orta aylıq faktura məbləği 50 manatı ötən abunəçilərə verilə bilər. ?Abunəçi? kartı üzrə kredit xəttinin həcmi isə 10 000 manata qədər ola bilər. ?Abunəçi? kredit kartını əldə etmək üçün ?Bank Standard?ın istənilən filialına müraciət edib, şəxsiyyət vəsiqəsilə birgə son 6 ay üzrə ödəniş fakturanı təqdim etmək tələb olunur. Bundan sonra Bank müştərinin kredit tarixini araşdırıb müştəriyə kreditin verilib-verliməməsi haqda qərar qəbul edir. Kredit kartının rəsmiləşdirilib veriməsi müddəti 5 iş günüdür. 050 və 051 prefiksli xətt abnentlərinə gəlincə, onlar bankın ofisinə gəlmədən də ?Abunəçi? kredit katını almaq imkanı barədə bankdan məlumat ala bilərlər. 8825 nömrəsinə "kredit" sözünü göndərməklə abunəçilər, həmin kredit kartını almaq imkanı və onlara ayrıla biləcək kredit xəttinin həcmi haqqında bankdan cavab ala bilərlər. ?Bank Standard?ın kredit kartlarının olduqca sadə rəsmiləşdirmə proseduru bu məhsula olan tələbatı artıracaq və onun əldə olunmasını nəzərə çarpacaq dərəcədə asanlaşdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA