10-01-2017 [14:37]
Dolların bahalaşması digər sahələr kimi tikinti materialları bazarına da təsir edib. Burada söhbət təkcə xaricdən idxal olunan tikinti materiallarından getmir.
Yerli istehsal olan tikinti materiallarının da qiyməti qalxıb. Ekspertlər deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlıolan məsələdir. Və yaxın zamanlar üçün tikinti materiallarının qiymətinin aşağı düşməsi barədə heç bir proqnoz verilmir. Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlama verib.
Ekspert ayrı-ayrı istehlak bazarlarındakı qiymət artımının indiki şəraitdə başa düşülən olduğunu bildirib. "Bunun müəyyən iqtisadi əsaslandırması da var. Çünki ümumi bazarda olan tikinti materiallarının 40 faizi idxal olunan tikinti materiallarının payına düşür. Azərbaycanda dolların kursunun günü-gündən yuxarıya doğru dəyişməsi qeyri-təbii də olsa Azərbaycan bazarında infilyasiya norması yaradır. Qiymətlərdə artım müşahidə olunur. Bu tikinti materialları bazarında da öz təsirini göstərir. Əsasən də xaricdən idxal olunan məhsullarda. Konkret desək, taxta və taxta məmulatlarına aid olan məhsullar dik, dvp, dəmir və dəmir məmulatları, dam örtükləri, armatur kimi tikinti materiallarının qiymətində 5 faizlik artım var. Bu artımlar da alıcıların diqqətini cəlb edir”.
Ramil Osmanlı hesab etmir ki, indiki şəraitdə süni qiymət artımları və cəhdləri var.
" Sadəcə olaraq, bu sahə ilə məşğul olan sahibkarlar dollarda itirdiklərini məhsulların üzərinə gəlməklə itkilərini kompensasiya etməyə çalışırlar. Əgər Mərkəzi Bank manatın kursunu sabiq mərhələyə gətirib çıxararsa, mən hesab edirəm ki, istehlak bazarlarındakı qeyri-müəyyənlik aradan qalxar. Bu da ticarət dövriyyəsinin artmasına gətirib çıxara bilər. Müaliyyə Nazirliyi və Mərkəzi Bankın rəhbərliyi tez-tez manatın ədalətli kursundan danışırlar. Mən hesab edirəm ki, o ədalətli kursun tapılması üçün əslində şərait yaratmaq lazımdır. Buna əngəl yaratmaq lazım deyil”.
"Azərbaycanda bu gün bütün istehlak bazarı üzrə sahələrdə mənfiyə doğru azalmalar var. Bu eyni zamanda fərdi yaşayış evlərinin tikintisinə də təsir göstərir. Hazırda tikinti tempinin kəskin şəkildə azalması müşahidə olunur. Biz bunu hətta çoxmənzilli binaların tikintisində də müşahidə edirik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi