Dollar yenə qalxacaq - "Goldman Sachs"dən proqnoz

img

10-01-2017 [12:36]


Dollar avro səviyyəsinədək yüksələ bilər. 

Belə bir proqnozla "Goldman Sachs" investisiya bankının iqtisadçısı Yan Xatsius çıxış edib.
 
Y. Xatsius hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bu il faiz dərəcələrini üç dəfə - iyun, sentyabr və dekabrda artıra bilər. Bundan sonra isə FED-in faiz dərəcələri Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrindən əhəmiyyətli dərəcədə yüksək olacaq: "Burada əsas stimul valyutanın dəyəri deyil, faiz dərəcələri arasında real fərqdir".

Y. Xatsius bildirib ki, 2019-cu ilə qədər AMB-nin faiz dərəcələrinin artması gözlənilmir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA