İran və ABŞ neftin qiymətini endirdi - Ucuzlaşama yenidən başladı

img

09-01-2017 [15:28]


Qlobal bazarda neftin qiyməti İranın ixrac həcmini artırması və ABŞ-da aktiv neft quyularının sayının çoxalması xəbəri ilə düşməyə başlayıb.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, İran 2016-cı ilin son aylarında üzən neft anbarlarından uzun müddətdir saxladığı 13 mln. bareldən çox və ya 44% neftini ixrac edib. 

Bununla da İranın üzən neft anbarlarında ehtiyatları 16,4 mln. barelə enib. Bununla yanaşı, ABŞ-da 31 dekabr-6 yanvar hesabat həftəsində aktiv neft quyularının sayı 4 ədəd və ya 0,76% artaraq 529 ədədə çatıb. Qeyd edilir ki, ABŞ-da aktiv neft quyularının sayı ardıcıl 10 həftədir artır. İllik müqayisədə ABŞ-da aktiv neft quyularının sayı 13 ədəd və ya 2,5% artım göstərib.

"Report"un analitik qrupu neftin qiymətinin qısamüddətli perspektivdə 50 dollar/barelə qədər azalacağını proqnozlaşdırır. Hazırda "Brent" markalı neftin qiyməti keçən həftənin sonu ilə müqayisədə 1,7% azalaraq 56 dollar/barelə enib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA