“Bizim Market” şəbəkələrində siqaretlər niyə baha satılır? - FOTOLAR

img

07-01-2017 [23:34]


"Bizim Market” şəbəkələrində hələ də siqaretlər köhnə qiymətlə, yəni baha satılır.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Mahir Məmmədli "Facebook" səhifəsində məlumat verib. 

Onun sözlərinə görə, siqaretlərin qiyməti ölkəboyu endirilsə də, "Bizim market”də hələ də qiymətlər əvvəlki aylarda olduğu kimi, baha saxlanılıb: 
 
"Ölkənin ən ucqar yerində də siqaret ucuzlaşıb. Amma "Bizim market" köhnə qiymətlərlə satır. Hər yerdə "Sobranie" 2 manat 80 qəpikdir. Təkcə "Bizim market"də 3 manat 30 qəpiyə satılır. Bu siqareti də çek götürmək üçün aldım".

Jurnalist faktı təsdiq edən fotoları da paylaşıb.

Mia.az


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA