Dollar 3 manat 50 qəpik ola bilər - ŞOK PROQNOZ

img

06-01-2017 [16:20]


"Hökumәtin nəzərdə tutulan tədbirləri həyata keçirməyəcəyi təqdirdə, 1 dollar üçün məzənnə 2 manat 20 qəpik - 2 manat 50 qəpik arasında qərarlaşacaq”.

Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, uzunmüddətli dövr üçün manatın məzənnəsinin hәdlәrini müəyyənləşdirmək çox çətin olacaq: "Nə qədər ki, Azərbaycan ucuz neft satacaq, o qədər də manatın məzənnəsində ucuzlaşma prosesi davam edəcək.

Çünki hazırkı neft qiymətləri tədiyə balansındakı fərqi stabilləşdirmək üçün kifayət etmir və eyni zamanda qeyri-neft sektorunun inkişaf etdiyi bir fərqi kompensasiya etməsi üçün kifayət qədər uzun müddət, hətta deyərdim ki, 10 ildən çox zaman lazımdır”.

Rəşad Həsənov 2018-ci ildə manatın məzənnəsinin 3 manat 50 qəpik olacağını deyir: "Əgər biz 2018-ci ilə bugünkü problemlər və faktorlarla girsək, o zaman başqa manat məzənnəsi qərarlaşacaq. Bu da təxminən 3 manat və 3 manat 50 qəpik səviyyəsində ola bilər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA