"Qiymətlər artacaq, inflyasiya ikirəqəmli olacaq" - Dünya Bankından Azərbaycanla bağlı proqnoz

img

05-01-2017 [10:08]


2017-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi 2,4 faiz təşkil edəcək. 2018-ci ildə isə bu göstərici 2,1 faizə bərabər olacaq.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatında deyilir. Daha əvvəl Dünya Bankı 2017-ci ildə istehlak qiymətlərinin 4,1 faiz artacağını proqnozlaşdırmışdı.

Hesabatda qeyd olunur ki, bank Azərbaycanda inflyasiyanı 2016-cı il üçün 12 faiz səviyyəsində proqnozlaşdırıb.

Qeyd edək ki, 2016-cı ilin 10 ayı ərzində Azərbaycanda istehlak qiymətləri və xidmət tarifləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb.

Azərbaycan hökumətinin hazırladığı sosial-iqtisadi inkişaf konsepsiyasının layihəsinə əsasən, 2017-ci ildə inflyasiya 7,3, 2018-ci ildə isə 4,9 faiz proqnozlaşdırılır.

Bundan başqa, Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun artımını 2017-ci il üçün 1,2 faiz, 2018-ci il üçün 2,3 faiz olaraq proqnozlaşdırıb. Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu göstəricilər, müvafiq olaraq, 1 və 1,5 faiz proqnozlaşdırılır.

trend



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA