28-12-2016 [12:50]
"2017-ci il büdcəsi 2005-ci ildən sonra ilk dəfə büdcə gəlirlərinin yarıdan çoxunu qeyri-neft sektorundan daxil olmalar hesabına təmin etməyi nəzərdə tutur. Bu isə xüsusilə də vergi orqanlarının qarşısında ciddi vəzifələr qoyur".
Mia.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Q.İbadoğlunun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat manat məbləğində təsdiq olunub:
"Hesablamalar göstərir ki, yeni təsdiq edilmiş dövlət büdcəsi 2008-ci il də daxil olmaqla, indiyə qədər formalaşan dövlət büdcələri arasında dollar ifadəsində ən kiçiyi olacaq. Eyni zamanda, müqayisələr də göstərir ki, yeni büdcənin dollar ifadəsində adambaşına düşən xərcləri qonşu Qafqaz ölkələrindən belə aşağıdır.
Növbəti il üçün dövlət büdcəsi hətta proqnozlarla kiçilsə də, onun reallığı da şübhə doğurur. Çünki 2017-ci il büdcəsi 2005-ci ildən sonra ilk dəfə olaraq büdcə gəlirlərinin yarıdan çoxunu qeyri-neft sektorundan daxil olmalar hesabına təmin etməyi nəzərdə tutur. Bu isə xüsusilə də vergi orqanlarının qarşısında ciddi vəzifələr qoyur.
Nəzərə alaq ki, artıq ilin sonudur. Yaxın günlərdə cari ilin büdcəsi tam xərclənərək boşalacaq, bundan əlavə bu ilin sonuna büdcədə kəsir yaranacaq. Gözləntilərə görə, 2016-cı ilin büdcə kəsirinin məbləği 1 milyard manatdan çox olacaq ki, bu da Azərbaycanın büdcə tarixində ən böyük kəsir hesab oluna bilər”.
İqtisadçının sözlərinə görə, prezidentin ehtiyat fondları istisna olmaqla, yeni ilə sıfırlanan büdcənin mədaxilinin təminatı əsas yükü üzərinə götürən qeyri-neft bölməsinin durumundan asılı olacaq: "Milli iqtisadiyyatın da ən çox problemləri bu sektorda müşahidə olunur. Qeyri- neft ÜDM-nin tənəzzülü artıq 6 faizə yaxınlaşır, bu il ərzində qeyri-neft ixracat potensialı ötən ilin eyni dövrü ilə müqayisədə dördən üçünü saxlaya bilib. İdxal da ötən illə müqayisədə azalıb, mədaxilin 14 faizini təşkil edən hüquqi şəxslərin mənfəət vergisi 228 milyon manat azalıb, digər daxilolmalar üzrə azalma isə 1 milyard 960 milyon manat olub.
Bununla yanaşı, növbəti il ərzində iş yerlərinin ixtisarının çoxalması, əmək haqlarının aşağı salınması hesabına fiziki şəxsləri gəlir vergisi, zərərlə işləyən müəssələrin sayının artması və rentabelli müəssisələrdə mənfəətin azalmasına görə hüquqi şəxslərin mənfəət vergisi, idxalın azalmasına görə ƏDV və gömrük rüsumları, neft hasilatında azalmaya görə, ARDNŞ-nin və ABƏŞ-in ödənişlərində azalmaların qeydə alınması büdcə mədaxilinin formalaşmasında ciddi çətinlik yaradacaq".
İqtisadçının sözlərinə görə, bu, xüsusilə ilin 1-ci rübündə müşahidə olunacaq:
"Odur ki, yeganə umid vergi amnistiyası adı ilə 2017-ci ilə qədər olan borcların 70 faizə qədərinin yığılmasınadır. Amma unutmayaq ki, mövcud vergi borcların böyük hissəsi dövlət şirkətlərinə məxsusdur, özəl şirkətlərə məxsus olan borcları müxtəlif məhdudiyyətlər (ölkədən çıxışa qadağa, əmlakın müsadirəsi, inzibati həbs və s.) geri almaqda çətinlik çəkən Vergilər Nazirliyinə könüllü borc toplanması o qədər də asan olmayacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi