26-12-2016 [11:08]
"Bu günlərdə Türkiyə prezidentinin "valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır" fikirləri xarici ticarət əməliyyatlarnda milli valyutalarla hesablaşmaları yenidən gündəmə gətirib".
Mia.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Prezident Ərdoğanın son bəyanatında "idxal-ixrac əməliyyatlarında milli valyutadan istifadə olunmalıdır" fikrinin qəti səsləndirilməsi və hazırkı durumdan əziyyət çəkən ölkələrin siyahısında Azərbaycanın da adını hallandırması, bir daha bu məsələyə münasibət açıqlamaq zərurəti yaradıb:
"İlk növbədə onu qeyd edim ki, bu ilin 11 ayının gömrük məlumatlarına görə, Azərbaycanda xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 13244 olub ki, onun da 8018-i fiziki şəxslər, 5226-ı hüququ şəxslərdir. Hüquqi şəxslərin yalnız 240-ı dövlət, 4986-ı isə özəl bölməni təmsil edib.
Belə olan halda xarici ticarətdə milli valyuta ilə hesablaşmalara keçid qərarı mərkəzləşdirilmiş halda dövlət şirkətlərinə şamil oluna bilər. Özəl bölmə və fiizki şəxslər xaricə çıxartdığı mal və xidmətləri hansı valyutada saxlamaq qərarını özü verir.
Ona görə də neftdən kənarda idxal və ixrac əməliyyatlarının böyük hissəsinin özəl bölmə və fiziki şəxslər tərəfindən həyata keçirilməsi inzibati qaydada qəbul edilmiş bu tip qərarların icrasını çətinləşdirir. Onlara sərbəstik verilərkən Türkiyə və Rusiya ilə sərhəd bölgələrində yaşayan bir qrup əhali istisna olmaqla böyük əksəriyyət sahibkar Türkiyə, Rusiya və Çinə ixraca göndərdiyi malın və xidmətin dəyərinin qeyri-sabit vəziyyətdə olan və son vaxtlar sürətlə dəyər itirən lirə, rubl və yuanla ödənilməsində maraqlı olmayacaq.
Digər tərəfdən də, hələ də gerçək nəzənnəsi, tarazlı kursu olmayan manata qarşı tərəfdən olan sahibkarların da marağınının formalaşması inandırıcı görsənmir.
İkincisi, bu ilin aylıq statistikasına görə, Türkiyə, Rusiya və Çinin birlikdə Azərbaycana göndərdikləri malın həcmi 4 milyard dollardan çoxdur.
Bu o deməkdir ki, həmin ölkələrdən əvvəlki səviyyədə mal gətirmək üçün Azərbaycan sahibkarlarına 4 milyard dollarlıq lirə. rubl və yuan lazımdır. Bu ilin 11 ayında Azərbaycanın isə həmin 3 ölkəyə ixracatı 2 milyard dollardan çox olmayıb. Bu isə o deməkdir ki, bizim sahibkarlar 2 milyard dollarlıq lirə, rubl və yuan qazanacaq və yalnız o qədər də ölkəyə mal gətirə biləcək, yerdə qalan 2 milyard dollarlıq fərqi isə yenə də dollarla örtmək məcburiyyətində qalacaq. Belə hesablaşmalar isə qarşı tərəfin xeyrinə işləyəcək, onların milli valyutasını möhkəmlədəcək, bizim manatı isə bir az da zəiflədəcək.
Nəhayət onu da qeyd edim ki, Azərbaycanın əsas ixrac məhsulu xam neftdir, onun da satışı dollarla həyata keçirilir. Biz tərəfdən neftin və neft məhsullarının, eləcə də qazın dollara deyil, həmin 3 ölkənin milli valyutalarına satılması manatı dəyərdən daha da sala bilər. Odur ki, iqtisadi qiymətləndirmələr və mülahizələr Azərbaycanın bu tip siyasi layihələrdə yer almasının əleyhinədir".
Q.İbadoğli son olaraq onu da bildirib ki, getdikcə hökmran mövqeyi güclənən dollara qarşı lirə, rubl, yuan və manat koalisiyası nəyisə dəyişmək gücündə deyildir: "Əksinə, belə birlik həmin ölkələrin milli valyutasının daha da dəyərsizləşməsinə gətirib çıxaracaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi