25-12-2016 [14:07]
"Gələn ildən avtomobillərin, yaxtaların, şubaların, xəzli paltoların, kürklərin qiyməti bahalaşacaq. Bu artımı idxal mallarına tətbiq olunacaq aksiz dərəcəsinin qaldırılması şərtləndirəcək".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, vergi qanunvericiliyində 2017-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də ölkəyə idxal olunan avtomobillərin aksiz dərəcələrinin artırılması, idxal olunan xəz-dəri məmulatlarının da aksiz vergisinə cəlb edilməsidir:
"Belə ki, yeni dəyişikliklərə görə, mühərrikin həcmi çox olan avtomobillərdən idxal olunarkən daha çox aksiz vergisi alınacaq. Bu dəyişiklik mühərrikin həcmi 2000 kubsantimetrə qədər olanlara şamil olunmur. Ona görə də həmin avtomobillərin qiymətlərində bahalaşma tempi az olacaq, əsasən qiymət bahalaşması mühərrikin həcmi 2000 kubsantimetrdən çox olanlarda müşahidə olunacaq və mühərrikin həcmi artdıqca qiymət daha da yüksələcək.
Məsələn, mühərrikinin həcmi 5000 kubsantimetrdən çox olan avtomobillər üçün gələn ilə qədər 13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat aksiz vergisi ödənilirdisə, gələn ildən belə avtomobillər üçün 31 400 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat aksiz vergisi ödənilməlidir.
Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda isə indiyə qədər 400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat ödəyənlər gələn ildən 400 manat + hər kubsantimetr üçün 2 dəfə çox, 3 manat ödəyəcəklər.
Mühərrikinin həcmi 4000 kubsantimetrədək olduqda isə 1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat aksiz vergisi tələb olunurdusa, növbəti ildən belə avtomobillər üçün hesablamalar 3400 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat olacaq.
Nəhayət, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda əvvəllər 5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat ödəyəniş tələb olunurdusa, 2017-ci ilin 1 yanvarından tətbiq olunan yeni qaydalara görə, ödənişlər 11 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat olacaq".
Qubad İbadoğlunun sözlərinə görə, gələn ildən ölkəyə gətirilən İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə də tətbiq olunan aksiz dərəcləri atırılacaq. Əgər əvvəllər yaxtaların mühərrikinin həcminin hər kubsantimetrinə görə 3 manat aksiz vergisi ödənilirdisə, gələn ildən aksiz dərəcəsi 6 manat olacaq:
"Bununla yanaşı 2017-ci ilin 1 yanvarından idxal olunan xəz-dəri məmulatları da aksiz vergisinə dərc olunacaq. Bu da o deməkdir ki, gələn ildən şubalar, kürklərin və digər bu tip geyim əşyalarının qiymətləri baha olacaq.
Bu dəyişiklikləri şərh edərkən onu bildirmək istərdim ki, xüsusilə də mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avrtomobillərə aksiz dərəclərinin artırılması düzgündür. Bu dəyişiklik həm də ekoloji baxımdan əhəmiyyətlidir. Baxmayaraq ki, aksiz dərəcələrinin qaldırılması qiymət artımına və idxalın azalmasına səbəb olacaq, maşın parkının yeniləşməsinə mənfi təsir göstərəcək, amma bu dəyişikliklər xüsusilə də indiki böhran şəraitində məqbul hesab oluna bilər".
İqtisadçının sözlərinə görə, burada narahatçılıq doğuran əsas məqam odur ki, bu gün avtomobilin qiymətlərinin bahalaşmasına rəvac verən vergi siyasəti sahah benzinin qiymətinin artırılmasına da əsaslar yarada bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi