25-12-2016 [11:04]
"Gələn ildən hər ay büdcəyə çəkməçilər 5 manat, bağbanlar 10 manat, nəqqaşçılar 20 manat, məzhəkəçilər 30 manat vergi ödəməlidirlər".
Mia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyib.
İqtisadçının sözlərinə görə, dekabrın 16-da Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanan "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"ilə Vergi Məcəlləsində çoxsaylı dəyişiklikləri nəzərdə tutulub, bır sıra yeni vergi mükəlləfiyyətləri də müəyyənləşdirilib:
"Belə ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi məbləğləri müəyyən edilib.
Gələn ildən başlayaraq, hər ay sabit məbləğ olaraq çəkməçilər, pinəçilər 5 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işləri yerinə yetirənlər 10 manat, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üçün 20 manat, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətləri zamanı 30 manat, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər 30 manat ödəyəcəklər.
Bununla əlaqədar olaraq, üç məqama toxunmaq istərdim:
Birincisi, vergi agentləri üçün yeni vergi mükəlləfiyyəti müəyyən edilən sahələrdə çalışanların əksəriyyətinı müəyyənləşdirmək o qədər də asan iş olmayacaq. Çünki, çəkməçi, pinəçi, saatsazın fəaliyyət yeri bəlli olsa, xüsusilə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ailələrdə təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işləri yerinə yetirənləri fəaliyyət məkanı qapalıdır.
İkincisi, uzun müddət vergiyə cəlb edilmədən işləyən yuxarıda sadalanan kateqoriyalı az gəlirli fəaliyyətlə məşğul olub, yalnız minimal yaşayış xərclərini ödəmək üçün qazananların iqtisadi böhranla əlaqədar olaraq sifarişlərinin azaldığı zamanda hətta aşağı məbləğlər də olsa belə, vergiyə cəlb edilməsi sosial baxımdan ədalətsizlik yanaşma sayıla bilər.
Üçüncüsü, bu dəyişiklik bir daha göstərir ki, hökümətin növbəti ildən dövlət büdcəsinin mədaxil hissəsinin formalaşdırılmasında ciddi narahatçılığı vardır, yenə də böhranın xərcini az gəlirli şəxslərin üzərinə qoyulacaq. Halbuki oliqarx-məmurların nəzarətində olan holdinqlərin və böyük şirkətlərin vergi öhdəliklərinin tam və vaxtında icrası hesabına bu problemi həll etmək mümkündür.
Yekun olaraq onu da qeyd edim ki, tarixdə də gülünc vergilər olub.
Hətta keçmiş zamanlarda kölgəyə, tualetə, qorxaqlığa, azadlığa görə vergi tələb olunub. Çar Rusiyasında saqqala görə vergi alınıb. Başqırıstanda isə xarici nikahları tənzimləmək üçün göz rənginə görə vergi tətbiq olunub. İngiltərədə həyata görə vergi alınıb. Elə bu vergiyə görə də, ölkədə üsyan baş qaldırıb".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi