"Türkiyə kimi, Azərbaycan da valyuta spekulyasiyalarına məruz qalır" - Ərdoğan

img

24-12-2016 [20:16]


"Kimlərsə valyuta bazarında spekulyasiyalar edərək bir sıra ölkələrin, o cümlədən Türkiyənin iqtisadiyyatına təsir etməkdədir". 

"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
"İqtisadiyyatımıza valyuta bazarı üzərindən hücum edirlər. Bununla bağlı millətimə, xüsusilə də iş adamlarımıza müraciət etdim. Bilirəm ki, bəziləri bu çağırışımı istehza ilə qarşıladı. Halbuki, ortada 1994-cü ildən bəri yaşadığımız həqiqət var. Bir daha təkrar edirəm ki, valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır", - deyə prezident bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA