"Azərbaycan hökuməti “Azəri-Çıraq-Günəşli” layihəsinə böyük önəm verir" - Rövnəq Abdullayev

img

23-12-2016 [19:59]


"Azərbaycan hökuməti "Azəri-Çıraq-Günəşli” layihəsinə böyük önəm verir və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunub".

Mia.az SOCAR-a istinadən xəbər verir ki, bu fikirləri "Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev bu sənədin imzalanması ilə AÇG yatağının gələcək işlənməsi üzrə danışıqları növbəti bir neçə ay ərzində başa çatdırmaq və yeni sazişin hazırlanmasını yekunlaşdırmaq imkanı yarandığını diqqətə çatdırıb. 

Bildirib ki, yeni layihə də uzunmüddətli və səmərəli əməkdaşlıq üçün əlverişli perspektivlər açacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA