Dünya Bankı Azərbaycana yeni kredit ayırıb

img

26-05-2010 [03:59]


Dünya Bankının Direktorlar Şurası ?Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması ? III? layihəsini təsdiq edib. Bu barədə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. ?Dünya Bankı bu layihə üçün Azərbaycana 241,6 milyon ABŞ dolları həcmində kredit ayıracaq ki, vəsaitin 70 milyon dolları bank üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), 171,6 milyon dolları isə DB-nın digər üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vəsaitləri hesabına ayrılacaq?. ?Layihə əsasən Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsini nəzərdə tutur?, - deyə nümayəndəlikdən bildirilib. Layihənin ümumi dəyəri 356,15 milyon dollar təşkil edir. Bunun 241,6 milyon DB, qalan hissə isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq. IDA tərəfindən ayrılacaq kredit 20 il (ilk 10 ili güzəştli), IBRD tərəfindən ayrılacaq kredit isə 17 il (ilk 4 ili güzəştli) müddətinə ayrılacaq. ANS

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA