"Azərbaycan nefti Rusiya neftini əvəz edə bilər" - Belarusun baş nazirindən Kremlə mesaj

img

20-12-2016 [18:49]


"Rəsmi Minsk Rusiya neftinin alternativ axtarmaq məcburiyyətindədir. Azərbaycan nefti Rusiya neftini əvəz edə bilər".

Mia.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Belarusun baş naziri Andrey Kobyakov həmin agentliyə müsahibəsində bildirib.

"Bu, təkcə 2016-cı ilin ikinci yarısından başlayaraq neft təchizatı məhdudiyyətləri ilə bağlı olan meyl deyil. Bu, Rusiya Federasiyası hökuməti tərəfindən alınan qərarların nəticəsidir", – deyə, Andrey Kobyakov bildirib.

Baş nazir vurğulayıb ki, enerji sektorunda Belarus-Rusiya münasibətlərini pis hesab etmir. "Bizi yalnız qazın qiymət maraqlandırmır, hərçənd, bu, mühüm məsələdir. Rusiyanın Belarusa yaxın bölgələrində qazın qiyməti 2.5 dəfə aşağıdır".

A.Kobyakov bildirib ki, enerji təchizatı şərtlərinə dair Rusiya ilə danışıqlar 2015-ci ilin yayından gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA