“Azərbaycan Sənaye Bankı”na sədr təyin edilib

img

20-12-2016 [14:31]


"Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinə sədr təyin edilib.

"Report” xəbər verir ki, bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Doğan Tandoğana həvalə edilib.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 manat olan 60 mln. səhm əsasında formalaşıb. Bankın səhmlərinin 94,2517%-i "Anadolu Investment Company" MMC-yə, 5,1735%-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA