"1200 nəfər işlə təmin olunacaq" - Şahin Mustafayevdən vəd

img

20-12-2016 [13:16]


Sumqayıtda investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi tikiləcək.

Mia.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, tikinti işləri 3 ilə yekunlaşacaq. Tikinti zamanı 4 minə yaxın, tikintidən sonra isə 1200 nəfər işlə təmin olunacaq.

Ş.Mustafayev qeyd edib ki, yeni tikiləcək kompleksdə istehsal olunacaq məhsulların yarıdan çoxu ixracyönümlü olacaq. Bu məhsullar Azərbaycandakı tələbatı tam ödəyəcək. Həmçinin Sumqayıtda yerləşən peşə tədris məktəbi yüksək ixtisaslı kadrların hazırlanmasında bu işə cəlb olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA