20-12-2016 [10:22]
Məhəmməd TALIBLI
FED-ın mahiyyəti və hədəfi
Federal Rezerv Fondu çox zaman "sistem” məzmunu daşıdığından FES kimi də ifadə olunur. ABŞ-ın bank sütunu olan FED öz ölkəsindəki özəl banklarına satdığı dolların uçot dərəcəsini müəyyənləşdirir.
Beləliklə minlərlə (üç min) kommersiya bankı üçün satdığı dollar həddini dəyişməklə iqtisadi proseslərə yön verir. FED-in bu addımı məzmun baxımından monetar alət olsa da, əslində fiskal siyasətə (büdcə-vergi) də ciddi təsir gücün özündə saxlayır. Bu baxımdan son qərar da məhz ABŞ iqtisadiyyatında mövcud reallıqlar nəzərə almaqla atılıb. ABŞ iqtisadiyyatında makroiqtisadi indikatorları (iqtisadi artım1,9%, inflyasiya 1,5% və işsizlik4,7%) yaxşılaşdırmaq və yeni korreksiyalar etmək məqsədilə bu qərar verilib. Əgər ötən ili nəzərə almasaq, FED son 8 ildə ilk olaraq qərarına yenidən baxdı. Ötən il 0,25 faiz bənd artıraraq 0,5 faizə, 14 dekabr qərarı iləsə 0,75 faiz həddində uçot dərəcəsini müəyyənləşdirdi.
Bu qərar nəyi dəyişə bilər?
Birinci: FED-in bu qərarı dollar tələbini artıracaq. Dollar digər valyutalar qarşısında daha da möhkəmlənəcək. Dolların xüsusilə onunla rəqabət apardığı avronun dəyərini aşağı salmağa məcbur edəcək. Artıq son 4 gündə avronun 0,3 faizlik dəyər itirməsi buna sübutdur.
İkinci: ABŞ iqtisadiyyatında makroiqtisadi göstəriciləri nisbətən yaxşıya doğru dəyişəcək. ÜDM-də artım, işsizliyin azalma templəri, inflyasiyanın isə templərinin azalması ilə müşahidə olunacaq.
Üçüncü: Dollar və təbii resursların qiyməti arasında tərs mütənasiblik formulası üzrə tendensiya davam edəcək.Qızılın qiymət enişini də bura daxildir. Dolların dəyər qazanması neftin qiymətinin aşağı düşməsi ilə müşahidə olunacaq ki, bu da təbii resurslardan asılı olan dövlətlərin büdcə daxilolmalarını və milli gəlirlərinin azalmasına gətirib çıxaracaq.
Dördüncü: Dollara tələbin artması, ABŞ-ın makroiqtisadi parametrlərinin yaxşılaşması investisiya cəlbediciliyini artıracaq. Bu isə Asiya və Avropa investisiyalarının Qərbə doğru axmasını stimullaşdıracaq. Bu baxımdan ABŞ-da investisiya və kredit cəlbediciliyi bir az da yaxşılaşacaq.
Beşinci: Əgər ABŞ-ın maraqları üçün gözlənilən müsbət dəyişiklər baş verərəsə bundan ABŞ-ın rəqibləri resurs "lənətinə” daha da çox tuş gəlsələr, "dişi” bala batan ABŞil boyu FED-in uçot dərəcəsinin artıracağı ilə bağlı psixoloji təhdid alətindən istifadə edəcək.
Azərbaycanla bağlı gözləntilər:
Altıncı: Dollarmilli valyutamız olan manat üzərində təzyiqini gücləndirəcək.Manat bir az da dəyərdən düşəcək. Üçüncü devalvasiya gözləntilərini stimullaşdıracaq.
Yeddincisi: Dollar dəyərinin artması bu valyutaya yönəlik yığımların və investisiyaların artmasına, nəticədə dollar tələbinin güclənməsini təşviq edəcək. Bu isə ölkə iqtisadiyyatının dollarlaşma səviyyəsini bir az da artıracaq.
Səkkizinci: Dəyişən valyuta bazarındakı trendlərə adekvat olaraq rezervlərin idarə edilməsi qərarlarımıza yenidən baxmalıyıq. Neft Fondunun aktivlərinin ABŞ dollarında olan aktivlərində(48%) dəyər qazanması, yerdə qalan (xüsusuilə avroda) hissəsində dəyərsizləşmə baş verəcək. Bu isə NF-nun valyuta səbətinin strukturu ilə bağlı çevik investisiya siyasəti həyata keçirməyi zəruri edir.
Doqquzuncu: Bahalaşan dollarla maliyyə öhdəliyi olan kommersiya banklarının beynəlxalq maliyyə qurumları qarşısında, Azərbaycan vətəndaşlarının və biznes subyektlərinin isə kommersiya banklarından götürdüyü kreditlərin ödənişində ciddi problemlər yaranacaq. Bu isə xarici öhdəliklərin icrasında və daxildə isə toksit (qeyri-sağlam, problemli) kreditlərin artmasına təkan verəcək.
Onuncu: Xarici ticarət əməliyyatların dollarla həyata keçirildiyini nəzərə alsaq, idxal olunan məhsulların qiymətində bahalaşma yaradacaq ki, bu da ölkəyə xaricdən idxal olunan inflyasiyanın artmasına və əhalinin sosial həyatına neqativ təsir göstərəcək.
On birinci: Milli valyutanın dollar qarşısında ucuzlaşması Azərbaycandan məhsul ixrac edən sahibkarların vəziyyətini məhdudlaşdıracaq. Xüsusilə yaxın qonşu ölkələrin bazarlarına məhsul ixrac edən sahibkarların gəlirləri azalacaq. Demək, təkcə neft ixracatından daxilolmalar azalmayacaq, həm də qeyri-neft ixracatının diapazonunu daralacaq.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib