14-12-2016 [12:05]
Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydiyyatda olan, lakin hazırda müvəqqəti olaraq Bakı şəhəri 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 30, mənzil 30-da məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün Elyasov Zamin Ellaz oğlu Modern.az-a göndərdiyi məktubda "Kristal Abşeron” MMC şirkətindən şikayət edib
Şikayətçi bildirib ki, adı çəkilən şirkət ona qarşı analoqu olmayan haqsızlıq edib. Məktubda deyilir: "Mən valideynlərim və qardaşlarımla birgə 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi nəticəsində evimizdən, ocağımızdan didərgin düşdük. Biz ailəmizlə birgə Gəncə şəhərində məskunlaşmalı olduq. 2000-ci ildə ailə quraraq Bakıya köçdüm və bu yaxınlara kimi yuxarıda göstərdiyim ünvanda yaşayırdım. Yaşadığım ərəfədə atam Elyasov Ellaz Ələs oğlu infarkt keçirdiyindən mən müvəqqəti olaraq bir neçə aylığa onlara kömək etmək üçün Gəncə şəhərinə getdim. O arada kiçik qardaşım Elyasov Cahid Ellaz oğlu da xərçəngin ən ağır formasına tutuldu. Mən həmin vaxtlar onu həkimlərə aparmalı olurdum.
Evdə olmadığımız günlərin birində "Kristal Abşeron” MMC şirkətinin əməkdaşları tərəfindən mənim yaşadığım əraziyə baxış keçirilərkən onlara guya orada heç kəsin yaşamadığını deyiblər. Lakin həqiqi sakinlər(həmin sakinlərin yalnız üç nəfərinin ərzəsi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatrasiya departamentinin direktoru Elman İsmayılovun məktubu əlavə olunur)yoxlama aparan "komissiya”ya həmin evdə Elyasov Zamin Ellaz oğlunun yaşadığını desələr də, bu bir nəticə verməyib. Və mənzilimizi dağıdıblar...
Hadisə ilə əlaqədar Qaçqınlarların və Məcburi Köçgünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarına və həmin komitənin Abşeron rayon üzrə şöbə müdiri Vidadi İsayevə etirazımı bildirəndə mənim evlə təmin ediləcəyimə, lakin heç yerə şikayət etməməyimi məsləhət bildilər. Sən demə, onlar mənim başımın altına "yastıq” qoyurlarmış. Nəticədə o ətrafda olan ailələri müxtəlif yollarla razı sala biliblər. Mənim 15 il yaşadığım evi isə "Kristal Abşeron” MMC şirkəti ağır texnika ilə yerlə-yeksan etdi. Nəticədə evimdə olan soyuducu, iki dəmir çarpayı, istilik sistemi, maqnitafon, stol, stullar, işıq sistemləri sıradan çıxdı. Bununla bağlı mən "Kristal Abşeron” MMC-nin Xırdalan şəhərində yerləşən ofisinə getdim. Orda məni qəbul edən Azər və İlqar adlı işçilər ailəmi evlə təmin edəcəklərini vəd etdilər və dedilər ki, bu şərtlə Qaçqınlarların və Məcburi Köçgünlərin İşləri üzrə Dövlət Komitəsindən arayış gətirim ki, mən həqiqətən orada yaşayıram. Lakin Qaçqınlarların və Məcburi Köçgünlərin İşləri üzrə Dövlət Komitəsindən mənə yazılı surətdə bildirdilər ki, "Kristal Abşeron” MMC şirkətinin tikinti apardığı ərazidə faktiki yaşayan məcburi köçgün ailələri şirkət tərəfindən siyahıya alınaraq öz vəsaiti hesabına inşa olunmuş yaşayış binasına köçürülmüşdür. Mənim yaşadığım ərazi şirkətin ərazisi olmadığından yaşayış sahəsi ilə təmin edilməmişəm.
Bu zaman belə bir sual yaranır, əgər mənim yaşadığım sahə "Kristal Abşeron” MMC-in ərazisinə düşmürsə, o zaman şirkət yaşadığım evi hansı əsasla sökdürmüş, özümü də bayırda qalmağa məcbur etmişdir. Mən ailəmlə hal-hazırda xalamın kiçik bir otağında müvəqqəti yaşayıram.
Ümid edirəm ki, şikayət ərizəm cavabsız qalmayacaq və mənə haqqımı özümə qaytaracaqlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi