Azərbaycanın avtomobil bazarında passivlik davam edir

img

24-05-2010 [03:18]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (?ƏBİ? İB) monitorinq qrupunun aprel ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik omayan passivlik qeydə alınıb. Son 3 ay ərzində müşahidə olunan passiv tendensiyanın təklifin artımı hesabına daha da dərinləşməsi bağlanan əqdlərin dinamikasına və qiymətlərə mənfi təsir göstərib. Apreldə mart ayı ilə müqayisədə təklifin azalması müşahidə olunub. Təklifin tələbi üstələmə tendensiyası aprel ayında da davam etmişdir. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına (-1.7%), təsir göstərib. Apreldə bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməz qalmış və orta qiymət 15380 dollar təşkil etmişdir. Bazarda müşahidə olunan passivlik aprel ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olmuşdur. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbulu gözlənilən radikal qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olmuş, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırmışdır. Avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşmüşdür. Aprel ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 7000-dən artıq avtomobilin 35.9%-i bazara məhz aprel ayı ərzində təklif olunub. Qalan 64,1%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki iki ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası mart ayında bir qədər stabilləşmişdir. Üç ildir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası ?Mercedes-Benz?in təklif üzrə payı ötən ayla müqayisədə 0.4% artaraq, bu markanın ümumi portfeldə payı (38,96%) əsas çəkiyə sahibdir. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi ?Mercedes-Benz? ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Ümumilikdə 9 markanın təklif üzrə payı 82,3% təşkil edib. Yerdə qalan 17,7% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür. Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ötən ayla müqayisədə ciddi dəyişikliklər baş verməyib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalsa da, son iki ay ərzində qəbul olunan qərarlar illər üzrə təklif portfelinin strukturunu xeyli dəyişmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA