Azərbaycanda “MoneySend”lə xaricə pul köçürülməsi məhdudlaşdırıldı - Səbəb açıqlanmır

img

13-12-2016 [20:11]


Azərbaycanda "Mastercard” şirkətinin "MoneySend” xidməti vasitəsilə kartdan karta pul transfer funksiyası qismən məhdudlaşdırılıb.

Bu barədə Trend-ə banka yaxın mənbədən xəbər verilib.

Mənbənin bildirdiyinə görə, yerli kartlardan xarici emitent banka transfer funksiyası bir müddətdir ki, dayandırılıb.

Funksiyanın dayandırılma səbəbi, eləcə də nə vaxt bərpa olunacağı məlum deyil.

Qeyd edək ki, bir neçə bankdan Trend-ə "MoneySend” xidmətinin dayandırıldığını təsdiqlədilər.
"MasterCard MoneySend” xidməti ilə müştəri banka gəlmədən ölkə daxili və xaricinə pul köçürmələri edə bilərdi. Hazırda şirkət Azərbaycanın 28 bankı ilə əməkdaşlıq edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA