Banklara güclü haker hücumu olacaq - XƏBƏRDARLIQ

img

13-12-2016 [16:18]


SWIFT ödəniş sistemi müştərisi olan banklara gözlənilən haker hücumları ilə bağlı xəbərdarlıq edib.

Mia.az-ın apa-ya istinadən verdiyi xəbərinə görə, bu barədə sistemin yaydığı müvafiq sənəddə deyilir. "Təhlükə dayanıqlı xarakter daşıyır və tədricən daha da çətinləşir”, - deyə sənəddə bildirilir.

SWIFT-in məlumatlarına əsasən, hakerlər bank sistemlərinin sındırılması metodlarını təkmilləşdirib: "Yeni taktikalardan biri banklarda istifadə olunan kompüterlərə çıxış əldə etməyə imkan verən proqram təminatının istifadəsidir. Təəssüf ki, biz müştərilərimizin sistemlərinin sındırılması halları ilə rastlaşırıq”.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında isə deyilir ki, kiberhücumlar Ukraynanın "BlazingFast” şirkətinin Niderland Krallığında yerləşən serverlərindən həyata keçirilir.

Ehtimal olunur ki, hakerlər DDoS tipli hücumlardan istifadə edərək iri bankların serverlərinin fəaliyyətini iflic edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA