"Manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir" - Qubad İbadoğludan şərh

img

13-12-2016 [15:49]


"FED yenidən zəif qorunan milli valyutaları təlaşa salıb. Manat bu siyahıdan kənarda deyil".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, yenidən milli hökümətlərin, biznes dairələrinin, maliyyə analitiklərinin, marketinq tədqiqatçılarının diqqəti FED-in bu il üçün sonuncu sayılan iclasında maliyyə və valyuta bazarlarına təsir edəcək və çoxdan gözlənilən qərarına yönəlib:

"Bir neçə saatdan sonra başlayacaq iclasda baş tutacaq müzakirələr nəticəsində FED-in uçot dərəcələrinin artırılması ehtimalı yüksəkdir. Belə bir qərarın verilməsi xüsusilə qonşu Türkiyədə lirə, Rusiyada rublun məzənnəsinin ucuzlaşmasını şərtləndirəcək. 

Azərbaycan manatı həm əsas ticarət tərəfdaşı olan qonşu ölkələr vasitəli, eləcə də birbaşa təsirlərə məruz qalacaq. Avroda və funt sterlinqdə dollara nəzərən gözlənilən ucuzlaşma da bizim valyutaya dolayı təsir edən faktorlardan ola bilər. Manatın üzən məzənnəyə keçidi ilə bağlı müzakirələrin intensivləşdiyi indiki həsas dövrdə FED-in qərarının təsiri ilə baş verənlər onun valyuta bazarında möveyini bir az da zəiflədəcək.

Beləliklə də mövcud şərtlər çərçivəsində manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir. Amma başqa alternativlər qalmayıb, çünki, islahataların və sərmayələrin gələcəyi manatın gerçək məzənnəsinin formalaşma tezliyindən asıldır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA