?Bank Standard? növbəti təcili pul köçürmə sisteminə qozuldu

img

24-05-2010 [02:27]


?Bank Standard? daha bir təcili pul köçürmə sistemini öz müştərilərinə təqdim etməyə başlayıb. ?Caspian Money Transfer? sistemi MDB məkanı, Baltikyanı dövlətlər, habelə Böyük Britaniya, İtaliya, İspaniya, Çexiya, Türkiyə, Yunanıstan və Çini əhatə edir. Adı çəkilən sistem üzrə pul köçürmələri manat, ABŞ dolları, avro və rus rublunda həyata keçirilir. Sistemin üstünlükləri arasında əməliyyatın sürəti, geniş əhatə dairəsi, köçürmənin təhlükəsizliyi və göndərilən məbləğin sadəcə 1,5%-ini təşkil edən əlverişli komisyon haqqı qeyd oluna bilər. ?Caspian Money Transfer? sistemindən bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür. Beləliklə, ?Bank Standard?da tətbiq olunan təcili pul köçürmə sistemlərinin ümumi sayı 10-a çatmışdır. Xatırladaq ki, ?Caspian Money Transfer? sistemindən başqa, bankda ?Western Union?, ?Bıstraya Poçta?, ?Contact?, ?Migom?, ?Xpress Money?, ?Lider?, ?Faster?, ?Zolotaya Korona? və ?Privat Money? sistemləri üzrə pul köçürmə xidməti göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA